Ehtiyyatlı olun. iPhone-nu sıradan çıxarmağın yeni üsulu aşkar edilib (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Apple”ın mobil sistemində yeni boşluq aşkarlanıb.
Belə ki, Control Center-də eyni anda kliklənmiş bir neçə
düymə, iPhone-nun donmasına gətirib çıxara bilər. Göründüyü kimi iPhone
sisteminin donmasını təmin etmək heçdə çətin deyil. Ekranın aşağı panelində yerləşmiş
kamera, kalkulyator hissələrindən birini, gecə rejiminə (Night Shift) keçid
düyməsini və AirDrop adlı hissəni eyni anda klik etmək bəs edir ki, sizin iPhone-nunuzun
sistemi donsun. Bu zaman bir neçə saniyədən sonra smartfon avtomatik olaraq
yenidən işə düşəcək. Lakin bu halda smartfonu bir dəfə də söndürüb yandırmaq
lazım olacaq. Əks halda Wi-Fi özəlliyi çalışmayacaq. Çətin ki, düymələrin bu
cür kombinasiyası kimdəsə təsadüfi şəkildə həyata keçirilsin. Buna baxmayaraq
qorxulu bir şey yoxdur. Qeyd etmək lazımdır ki, bu sistem boşluğu iOS-in
sonuncu versiyalarında keçərlidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)