main-post-cover

    Ehtiyyatlı olun. WhatsApp-da yeni dələduzluq ismarıcı yayılmağa başlayıb

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    WhatsApp messencerində yeni dələduzluq ismarıcı yayılıb.

    Belə ki, həmin ismarıcda dələduzlar, istifadəçiləri, pulsuz internet ilə təmin edəcəklərini bildirirlər. İsmarıcda müəmmalı tətbiqi yükləmək üçün link yerləşdirilir. Guya həmin tətbiq, istifadəçilərə internetdən pulsuz yararlanmağa imkan verəcək. Dələduzlar həmin tətbiqi, ismarıcda, şəbəkəyə qoşulmaq üçün inqilabi texnologiya adlandırırlar. Sözügedən xidmətin aktivləşdirilməsi üçün dələduzlar həmin ismarıcın daha 13 nəfərə göndərilməsini tələb edirlər. Linkə daxil olduqda isə istifadəçi WhatsApp dəbində hazırlanmış kənar mənbəyə keçid əldə edir. Kənar mənbədə pulsuz internet ilə bağlı saxta rəylər yerləşdirilib və əslində zərərli olan bir neçə tətbiqin yüklənmə təklifi qeyd olunub. Həmin zərərli tətbiqlər vasitəsilə dələduzlar, istifadəçilərin bank kartı məlumatlarını oğurlayırlar. Biz, istifadəçiləri bu cür ismarıclara fikir verməmələrini tövsiyyə edirik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər