Əl hərəkəti ilə şarj olunan cihaz (VİDEO)

151

HandEnergy adlı portativ şarj cihazı xüsusi əl hərəkəti vasitəsilə şarj olunur.

Ondan smartfonun şarj olunmasında istifadə etmək olar. HandEnergy cihazı, kürə formasındadır. Onun daxilində əl hərəkəti vasitəsilə dairəvi hərəkətə başlayan rotor vardır. Əl hərəkət etdikcə yaranan enerji, elektrik cərəyanına çevrilir. Batareyanın enerji tutumu isə 1000 mAh-dır. Cihaza, mobil telefonu şarj etmək üçün istənilən USB naqil növünü qoşmaq mümkündür. Rotor vasitəsilə enerjinin əldə olunması prosesi bir qədər ləng gedir. Belə ki, kiçik batareyanı şarj etmək üçün 1 saat kürə formalı cihazı əldə fırlatmaq lazım gələcək. Buna görədə HandEnergy, mobil cihazın yalnız bir gün enerji saxlaması üçün nəzərdə tutulub. HandEnergy cihazının istehsalı üçün Kickstarter platformasında kampaniyaya start verilib. Ön sifariş üzrə cihazın qiyməti 69 avro təşkil edir. Onun satışa çıxması isə 2017-ci ilin May ayına planlaşdırılıb.