Elektron siqareti anidən partlayaraq xəsarət aldı (VİDEO)

62

Fransada bir gecə klubu sahibinin başına xoşagəlməz hadisə gəlib.

Belə ki, onun elektron siqareti cibində partlayıb və o, xəstəxanaya çatdırılıb. Baş vermiş hadisəni gecə klubunun kamerası anbaan qeydə alıb. Fransalı sakin Amin Britel cibində partlamış elektron siqaretin nəticəsində xəstəxanada qarın və barmaq yanıqlarından müalicə olunur. "Technote.az"ın "Popmech.ru"a istinadən verdiyi xəbərə əsasən Çin istehsalı batareyanın hansı səbəbdən partladığı hələki bilinmir. Lakin Amin əmindir ki, elektron siqaretin batareyası cibə xırda pullarla birlikdə olan anda qızmağa başlayıb. Hadisə Amin-in sahibi olduğu gecə klubunun həyətində yerləşdirilmiş kamera vasitəsilə qeydə alınıb. Videodan da göründüyü kimi Amin-in bəxti hələ gətirib. Onun dediyinə görə isə pənceyinin altında olan pambıq köynək alovun yayılmasının qarşısını alıb. O da bəxtinin gətirdiyini düşünür. Belə ki, həmin gün o sintetik materiallardan hazırlanmış paltar geyinməyib. Əks halda alov onun bədəninə yayıla bilərdi.