main-post-cover

    Elektron ticarətə və xarici ödənişlərə tətbiq olunacaq ƏDV təsdiqləndi

    Tech-Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas
     
    Son günlərdə internetdə geniş müzakirə mövzusu olan xarici ödəmələrə tətbiq olunacaq ƏDV vergisi artıq təsdiqini tapdı. Vergilər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minəcək dəyişikliklər barədə məlumat yayımlanıb. Dəyişikliklərə əsasən məcəllənin 168.1.5, 169.1, 169.3 maddələri virtual aləmdə ƏDV-nin tətbiqini tənzimləyir. Otel xidmətləraviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla digər xidmətlərə görə xaricə edilən ödənişlərə ƏDV tətbiq olunacaq. 
     
    "Elektron ticarətin vergiyə cəlb olunması:Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələrinə edilən əlavə və dəyişikliklər virtual məkanda ƏDV-nin tətbiqini tənzimləyir. Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıçısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur. İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olduqda ƏDV-ni həmin şəxs özü hesablayır və büdcəyə ödədikdən sonra Vergi Məcəlləsinin tələblərinə riayət etmək şərti ilə ödənilmiş məbləğini əvəzləşdirə bilir. İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olmadıqda isə ödənişi aparan yerli bank və ya xarici bankın respublikadakı filialı ƏDV-ni hesablayaraq alıcının vəsaiti hesabına büdcəyə ödəyir, tutulmuş ƏDV isə bank və ya filial tərəfindən əvəzləşdirilmir."
     
    Misal:Azərbaycan vətəndaşı "William Hill” bukmeyker kontorunun internet-səhfəsində "elklassiko” oyununa mərc qoşmaq məqsədi ilə həmin oyunun ehtimal etdiyi nəticəsinə 100 manat ekvivalentlə qoyuluş etmək istəyir və köçürmə etmək üçün yerli banka müraciət edir. Bank tərəfindən 100 manat alınarkən 15,25 (100 – 100/1,18) manat ƏDV tutularaq büdcəyə ödənilməlidir.

    Linki kopyala