Elm adamları sirlərinizi ortaya çıxaracaq!

546

Texas Texnologiya Universitetinin alimləri insanların beynini skan edərək onların sahib olduğu məlumatları ortaya çıxa biləcəklərini iddia edirlər. Buna necə nail ola bilirlər?

Bu günədək çoxlu sayda araşdırmalar aparılıb. Amma insanların şüur və şüuraltısı ilə bağlı geniş məlumat almaq mümkün olmamışdı.

Texas Texnologiya Universitetində aparılan araşdırmalarda EEG-nin əldə etdiyi məlumatlarda insanın kimliyinə aid yeni faktlar ortaya çıxıb.


Araşdırmada beyindəki boz maddənin fərqli məlumatları ortaya çıxara biləcəyi ifadə olunur. Məsələn, şüuraltınızda yer alan, amma sizin fərqində olmadığınız "alkoqolik” olduğunuz gerçəyi bunun sayəsində təyin oluna biləcək. Engadget-də yer alan xəbərə görə, mövzuyla əlaqəli çox məlumat verməyən alimlər, gələcəkdə yeni kəşflərini ictimaiyyətə açıqlayacaqlar. Bu araşdırmada EEG-nin verdiyi məlumatın 25% doğruluq payı var. Təhlükəsizlik araşdırmaçıları Abdul SerwaddaRichard Matovu bir müddət əvvəl anonim beyin skanı ilə fərdin kimliyini ortaya çıxarmaq üzərində testlər aparmışlar. İçki düşkünü olduğu bilinən bir heyət ilə birlikdə maşın öyrənmə sistemi meydana gətirən araşdırmaçılar, EEG skanı nəticəsində maşının 25% doğru məlumat ortaya çıxardığını bildirib. Bunun heç də özləri üçün yeni məlumat olmadığını bildirən Serwadda, beyin siqnallarının çox zəngin məlumat daşıyıcısı olduğunu vurğulayıb. EEG skanı nəticələrinin tibbdə çox vacib yenilik olduğu bildirilir. Amma fərdin kimliyinin ortaya çıxması nəticəsində problemlərin də yaranacağını yaddan çıxarmaq olmaz. Hal-hazırkı dövrdə insanların sosial hesablarının əldə olunması nə qədər problemli bir hadisədirsə, fərdin kimliyi ilə əlaqəli məlumatların ortaya çıxması da təhlükəli prosesdir.