main-post-cover

    Elm dünyasını şok edən kəşf. Ayda su aşkar edildi

    07.05.2017
    Farid Pardashunas

    Əgər nə vaxtsa insanlar Yer kürəsinin təbii peyki Ayda koloniya yaratsa onda içməli su problemi haqqında düşünməyə ehtiyac qalmayacaq.

    Bu barədə, Ayın səthində yetəri qədər içməli su ehtiyatı olduğu haqqında sübutlar təqdim etmiş hollandiyalı alimlər bildiriblər. "Hələki bu barədə son nəticələrə varmaq tezdir. Lakin artıq indidən əminliklə söyləmək olar ki, Ayın səthi su ilə zəngindir. Planetimizin təbii peykinin susuz səhraya bənzəməsi fikri əslində düzgün deyil. İlk baxışdan ucsuz-bucaqsız səhra olmasına baxmayaraq Ay, su ehtiyatının saxlanması üçün gözəl məkandır” – deyə tədqiqatın müəllifləri qeyd ediblər. Ayda olan su, tamamilə Yer kürəsində olan içməli suya bənzəyir. Alimlər, Ay səthində olan sudan daha ətraflı yaxın müddətdə danışacaqlarına söz veriblər. Ayda suyun varolmasını nəzərə alsaq onda bu faktor orda həyatın olub-olmaması haqqında sualı da yenidən aktual edir. Bunun üçün də Ayda sadə bioloji həyatın tapılması üçün yenidən ekspedisiyalar keçirilməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər