main-post-cover

    Elon Musk-ın uğurlarının sirri nədədir? Onun haqqında bioqrafiya yazan şəxsdən müsahibə

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Elon Musk-ın bioqrafı (hər-hansı bir insanın bioqrafiyasını yazan şəxs) Ashlee Vance, Vox nəşriyyatına müsahibə verib. Müsahibə çərçivəsində o, müasir dünyanın ən uğurlu sahibkarlarından biri olan Elon Musk-ın uğurlarının sirrini açıqlayıb. Musk-a bir çoxları güvənmirdi və bu tamamilə normaldır. O dəfələrlə elə vədlər verirdi ki, həmin vədlərin reallaşdırılması qeyri-mümkün görünürdü. Bundan əlavə olaraq o, bir çox layihələrin vaxtlarını nəzərə almırdı və buna görə də ona tam güvənmək qeyri-mümkün idi. Lakin ona şübhə ilə yanaşanlar heç təsəvvür belə etmirlər ki, Musk öz işində necə diqqətli və məqsədyönlüdür. Elon Musk-ın demək olar ki, mümkünsüz deadline-lar təyin etməsinin əsas səbəbi, qısa müddət ərzində işçilərdən maksimum gücü tələb etmək arzusudur. Ashlee Vance, Elon Musk-ı, Silikon vadisinin digər sahibkarları ilə müqayisə edir. Silikon vadisinin bir çox sahibkarları öz layihələri uğrunda yaşayırlar. Lakin bununla belə bu xüsusiyyətlər onlar üçün yalnız bir iş olaraq qalır. Musk-ın isə öz layihələrinə olan münasibəti, ölümlə mübarizə ilə müharibənin sərhədində yerləşir. Bunlar tamamilə fərqli-fərqli yanaşmalardır. O, normal həyat yaşamır. O, 3 dəfə evli olub və o, öz ovladları ilə çox nadir hallarda görüşür. Onun iş rejimi dəlisovdur və o bu rejimdə mütəmadi olaraq qalır. Bu bir növ iş uğrunda verilmiş qurban kimidir. Bu cür templə və vədlərlə kimdəsə inam yaratmaq çox çətindir. Elon Musk-ı, Steve JobsJeff Bezos ilə müqayisə edən zaman Ashlee Vance qeyd edib ki, onların hər 3-ü əhəmiyyətli olduqlarını dünyaya sübut etməyə çalışıblar.
    Onlardan hər birinin çox çətin uşaqlıq dövrü olub. Bununla belə Ashlee bildirib ki, Jobs və Bezos, Musk-dan fərqli olaraq daha asan şəkildə özlərini göstəriblər. Belə ki, onların şirkətləri, Musk-ın indi sahib olduğu şirkətlərdən fərqli olaraq daha irimiqyaslıdır. Məsələn Jeff Bezos, "Blue Origin” şirkətini quranda onun artıq yeni şirkət üçün həll etməli olduğu maliyyə problemləri yox idi. "SpaceX” ilə isə məsələ tamamilə fərqlidir. Şirkətin hələ indiyənə kimi aktiv şəkildə fəaliyyət göstərməsi böyük uğurdur. Bunu ‘Tesla” şirkəti üçün də demək olar. Bu şirkətlər hal-hazırda uğurludurlar. Lakin bununla belə Elon Musk yenə də demək olar ki, uğursuzluğa apara biləcək yolun sərhədində işlərini tarazlaşdırır və bunu digər biznesmenlərdən daha uzun müddət ərzində edir. O, Jobs kimi prezentasiyaları təqdim etmək bacarığına sahib deyil. Lakin o, şirkətlərinin avtomobilləri və raketlərinin hissələri haqqında hər şeyi bilir. Bununla belə onun bir sıra qərarları tamamilə Jobs-un üslubuna bənzəyir. Məsələn Musk, Tesla avtomobillərdəki qapı dəstəklərinin gövdədən çıxmasını istəmişdi. Lakin dizaynerlər bu qərara qarşı idilər. Nəticədə həmin funksiya, Tesla avtomobillərinin ayrılmaz özəlliyi oldu. Mühəndislər çox zaman qeyd edirlər ki, onun ideyaları çox dəlisovdur. Buna baxmayaraq həmin ideyalar nəticədə uğur qazanırlar. Ashlee Vance əminliklə qeyd edir ki, Elon Musk, Marsa çatmaq arzusuna nail olacaq. Bəlkə də bu, təyin olunmuş müddətdən bir qədər gec olacaq. Lakin o buna nail olacaq. Onun sözlərinə əsasən "SpaceX”in komandası artıq final raketin necə olacağını çoxdan bilir və bu layihə üzrə çertyojlar artıq hazırdı. Onun eniş planı ilə məsələlər isə hələki qəlizdir. Musk öz ağlında artıq hər şeyi təsvir edib və danışıq zamanı o, istənilən adamı inandıra bilər. Praktiki cəhətdən isə hələki dəqiq bir plan yoxdur. Buna baxmayaraq Musk və onun komandası bu işə inanır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər