Elon Musk, insanların gələcəkdə necə olacaqları haqqında nəzəriyyəsini söylədi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bir müddətlik öz layihələrindən dincələn Elon Musk, Dubayda keçirilmiş World Government Summit tədbirində iştirak edib.
Həmin tədbirdə Elon Musk,
insanlığın gələcəyi haqqında fikirlərini söyləyib. "Tesla” və "SpaceX” kimi
şirkətlərin rəhbəri olan Elon Musk-ın fikrincə insanlığın yeganə çıxış yolu kibernetik təkamüldür. Əgər insanlar bioloji və rəqəmsal zəkanı birləşdirməsələr
onda onlar, texnologiyanın hökm sürəcəyi dünyada lazımsız canlılar olmaq
riskindədirlər. Hər şey insan beyni ilə onun rəqəmsal versiyası arasındakı məlumat
ötürülməsinə söykənir. Kompüterlər saniyədə trilyon bit məlumat ötürmə qabiliyyətinə
sahibdirlər. Biz insanlar isə smartfonlarda sadə mətn yazmaq ilə saniyədə 10
bit-lə kifayətlənməli oluruq. Sürətli neyrokompüter interfeysləri, insan ilə
süni zəkanın birləşməsində vacib addım olacaqlar.
Gələcəkdə ən ağıllı insandan belə
ağıllı olacaq süni zəka olacaq. Məhz həmin anda biz böyük təhlükəö ilə
qarşı-qarşıya qala bilərik. "Əgər kompüterlərə qarşı mübarizə apara bilmirsənsə ən
yaxşı çıxış yolu onlardan biri olmaqdır” – deyə Elon Musk qeyd edib. İnsanlar
öz bədənlərini təkmilləşdirərək kiborqlara çevrilməli olacaqlar. Hələ keçən il
Elon Musk bildirmişdi ki, biz insanlar artıq müəyyən mənada kiborqlarıq. Belə
ki, biz hammımız elektron şəxsiyyətə sahibik. Elektron şəxsiyyətimizin isə müəyyən
bir hissəsi, istifadə etdiyimiz elektron poçt ünvanlarında, sosial şəbəkələrdə
və internetdə istifadə etdiyimiz hər bir şeydə mövcuddur. Günümüzdə kiçik bir
cihaz ilə istənilənməlumatı əldə etmək və dünyanın istənilən nöqtəsində olan
insan ilə əlaqə yaratmaq olar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib
Dünyanın ən sürətli internetinə malik ölkələri bəlli olub!