main-post-cover

    Ən dayanıqlı Android telefonu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Android telefonları arasında aparılan araşdırmada daha dəqiq və problemsiz mobil cihaz müəyyən olunub. Hamımıza məlum olduğu kimi Android, iOS-lə müqayisədə daha çox problem çıxaran, stabil olmayan əməliyyat sistemidir. Lakin Androidin belə problemlərlə rastlaşmasının əsas səbəbi ona müxtəlif tətbiqlərin əlavə edilməsidir. Bu sahədə Android telefonlar istehsal edən şirkətlərdən bəziləri daha perspektivli yollardan istifadə etdiyi halda, digərlərinin etdiyi dəyişikliklər heç bir effekt vermir. Mövzu ilə əlaqədar araşdırma aparan "Apteligent" şirkəti, Android 6.0 Marshmallow əməliyyat sistemi istifadə edən brendlərin ən dayanıqlı olanını açıqlayıb.

    Ən davamlı Xperia seriyası

    "Apteligent" şirkəti apardığı çoxsaylı araşdırmalarda tətbiqlərin çökmə faizini diqqətə alaraq, ən davamlı telefon istehsalçılarını sıralayıb. Şirkətin açıqlamasına görə, ağıllı telefon istehsalçıları arasında ən dayanıqlı telefonlar Sony markalı cihazlardır.
    Bu siyahıdakı daha sonrakı sıralar "Motorola", "HTC", "Samsung", "LG" və "ZTE" kimi şirkətlərə məxsusdur. Beş brend arasında aparılan araşdırmaya görə ən dayanıqsız olanı isə ZTE-yə məxsus cihazlardır.
    Təbii ki, bu çökmə faizi təkcə telefonları əhatə etmir. Amma buna baxmayaraq, bəzi şirkətlər bu yöndə özlərini inkişaf etdirsələr də, digərlərində hələ də problemlər qalmaqdadır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər