main-post-cover

    Ən yaxşı foto tənzimləmə tətbiqi Facetune 2 təqdim olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir çoxlarının bəyənərək istifadə etdiyi foto tənzimləmə tətbiqi Facetune, yenilənmiş versiyası ilə istifadəçilərə təqdim olunub.

    İlk olaraq 2013-cü ildə iOS platformasına addım atan Facetune, bir çoxları tərəfindən bəyənilmiş və qısa zaman sonra Android platformasına addım atmışdır. Bu dəfə isə artıq Facetune 2 yenilənmiş halı ilə istifadəçilərə təqdim olunub. Yenə də ilk olaraq iOS platforması üçün təqdim olunan Facetune 2 yeni xüsusiyyətləri ilə istifadəçiləri özünə cəlb edib. Artıq Facetune 2 köməyilə foto tənzimləmənin yanında filtrləri də istifadə edərək fotolarınıza rəng qata bilərsiniz.
     
    Onu da qeyd edək ki, Facetune 2-də müəyyən xüsusiyyətləri əlavə etmək üçün əlavə olaraq təyin olunmuş məbləği ödəməlisiniz.
    Təəssüf ki, Facetune 2-nin Android üçün nə vaxt istifadəyə veriləcəyi hələ ki, dəqiq məlum deyil. Facetune 2-nin köməyilə bir sıra tənzimləmələri həyata keçirə bilərsiniz. Bunlara misal olaraq göz rənginizi dəyişmək, parıltılı gözləri aradan qaldıra bilmək, HDR rənglər istifadə edərək daha rəngkli tonlar əldə edə bilərsiniz. Bundan əlavə xanımlar filtlərin köməyilə makyaj effektini öz fotolarında canlandıra bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər