Ən yaxşı işçilərini həbsxanadan tapmış sahibkar

262

Əgər Koss Marte (Coss Marte) sizin zənglərinizə və məktublarınıza cavab vermirsə onda inciməyin. Çünki çox böyük ehtimal ilə o həbsxanadadır.

Belə ki, həbsxanada olduğu müddətdə o öz mənfəətini qazanır. Marte 2.5 milyon dollar dəyərində narkotik vasitələrin satışına görə 6 ilini həbsxanada keçirdib. 2013-cü ildə Marte azadlığa çıxıb və "ConBody” layihəsini təsis edib. Hal-hazırda o bir çox parklarda həbsxana müddətində yaratdığı idman dərslərini keçir. Marte-nin artıq Nyu York-da şəxsi studiyası belə var. Hər ay ona minlərlə müştəri müraciət edir. Lakin öz vaxtının çox hissəsini o yenədə həbsxanada keçirdir. Hər həftə o öz idman təlimçiləri ilə Raykers adlı ada həbsxanasına gedir və hökm qərarını gözləyən məhbuslar üçün 50-ə yaxın idman dərsi keçir. Bu yaxınlarda o, həbsxanada uzun müddət keçirmiş məhbusların normal həyata qayıtmasında yardımçı olmaq üçün Kaliforniya şəhər islah müəssisəsi ilə əməkdaşlığa başlayıb. Marte-nin əsas məqsədi daha çox məhbus yığaraq onların idman təlimçisi sertifikatını hələ həbsxanada olduqları müddətdə almalarına nail olmaqdır. Beləliklə azadlığa çıxan zaman həmin insanlar onun komandasında çalışa biləcəklər.

ConBody layihəsinin təsisçisi Coss Marte

"Azadlığa çıxdıqdan sonra artıq gələcəyinin olmadığını düşünmək hissinin nə olduğunu yaxşı bilirəm. Belə anlarda insanın ağlına gələn yeganə fikir bacardığın ən yaxşı işə geri qayıtmaqdır” – deyə Marte bildirib. 13-23 yaş arası vaxtlarında Marte 10 dəfə həbsxanaya düşüb. Araşdırmalara əsasən 2005-ci ildə azadlığa çıxmış 68% məhbus növbəti 3 il ərzində yeni cinayətlərə görə yenidən həbs olunub. 77% məhbus isə növbəti 5 il ərzində yeni cinayət törədib. Marte-nin sözlərinə görə onun 11 əməkdaşından 8-i nə vaxtsa həbsxanada olub. Hər bir idman təlimçisi işinə görə saatda 50$ qazanır. Müştərilərin keçmişdə məhbus olmuş idman təlimçiləri haqqında şüphələrini yox etmək üçün Marte bildirib ki, onların məşqləri gülüş ilə bir yerdə keçirilən məşqlərdir və heç kim heç kimin üzərinə qışqırmır. Marte bu ilin sonunadək onun şirkətinin satış həcminin 300.000$-a çatacağını planlaşdırır. Gələn il isə o, 5 ədəd ConBody studiyası açmağı və daha 60 nəfər keçmiş məhbusu işə götürməyi düşünür. Bunun üçün o Kickstarter vasitəsilə 175.000$ vəsait yığıb və bir sıra biznes layihələr üçün nəzərdə tutulmuş konkurslarda qalib gəlib. Marte zorakılardan başqa istənilən keçmiş məhbusu işə götürür və onların hansı cinayət üzrə və nə qədər müddət həbsxanada olduqlarına fikir vermir. "Mən bu insanlara olan münasibəti dəyişmək istəyirəm. Onlar qəfəsdə saxlanılan hər hansısa bir vəhşi heyvan deyillər. Onlar sizlərə küçədə tanımadığınız bir şəxs qədər təhlükə göstərmirlər” – deyə Marte bildirib. Fiziki cəhətdən zəif olan məhbuslar narahat olmaya bilərlər. Belə ki, Marte-nin sözlərinə əsasən onlar ofis işi ilə təmin olunacaqlar.