Energetik içkilərin mütəmadi qəbulunun ciddi xəstəliyə yol açdığı məlum olub

576

Alimlər müəyyən ediblər ki, mütəmadi olaraq eəbul edilən energetik içkilər qaraciyər iltihab xəstəliyi hepatitə gətirib çıxardır.

Həkimlər bu cür nəticəyə 50 yaşlı kişi ilə baş vermiş hadisədən sonra gəliblər. O, həkimlərin onda kəskin qaraciyər çatışmazlığı aşkar etdiklərindən sonra xəstəxanaya yerləşdirilib. Mütəxəssislərin bildirdiklərinə görə xəstəliyin səbəbi mütəmadi olaraq energetik içki qəbulu olub. Belə ki, xəstə 3 həftə ərzində gündə 4-5 ədəd energetik içki içirdi. Energetik içki qəbulundan sonra xəstə, iştahasının itməsinə və qarın hissəsində ağrılara fikir verib. İlk öncə o, qripə yoluxduğunu fikirləşərək buna önəm verməyib. Lakin xəstə, dərisinin saralmasını və sidiyinin rənginin daha tünd olduğunu görüncə narahatlıq keçirib.

Laboratoriya testləri göstərdi ki, xəstənin qaraciyəri ciddi şəkildə zədələnib. Biopsiya isə qaraciyərdə hepatit xəstəliyinin olduğunu təyin edib. Mütəxəssislərin fikrincə buna səbəb energetik içkilərin tərkibindəki nikotin turşusu olub. Həmin turşu orqanizmə daxil olan zaman yağların parçalanmasında iştirak edən niatsinamid-ə çevrilir. Adi insan üçün nikotin turşusunun norması 5-10 mq-dır (milliqram). Onun qaraciyər çatışmazlığı yaratdığı məlumdur. Həkimlərin bildirdiklərinə görə energetik içkilərin tərkibindəki nikotin turşusu insan orqanizminə lazım olan dozadan daha çoxdur. Energetik içki bazarının sürətlə genişlənməsini nəzərə alan alimlər bu içkiləri qəbul edən insanlara daha diqqətli olmalarını tövsiyyə edirlər.