main-post-cover

    Erməni hackerlərin 1200 azərbaycanlı zabitinin məlumatlarını əldə etmələri SAXTA çıxdı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Erməni hackerlərin növbəti təxribat xarakterli məlumatları əsassızdır.

    25 sentyabr tarixində "securitylab.ru" saytına istinadən yerləşdirdiyimiz məlumatda ermənilərin, azərbaycanlı 1200 zabitin əlaqə məlumatlarını, yaşayış ünvanlarını və 10.000 şəxsə məxsus bank hesablarını ələ keçirildiyi iddia olunmuşdu. Eyni xəbər erməni təxribatı nəticəsində hacker xəbərləri ilə məşhurlaşan "hackread.com" saytında da yayımlanmışdı. Apardığımız araşdırmalara əsasən yayılan məlumatın saxta olduğunu sizlərə izah edirik. Eyni zamanda əvvəl ki, yerləşdirilmiş xəbəri saytımızda yayımdan qaldırırıq. Biz xəbəri "securitylab.ru" və "hackread.com" mənbələrinin istinadı ilə tərcümə olaraq oxucularımıza çatdırmışıq və yayılan dezinformasiyaya görə oxucularımızdan üzr istəyirik. 

    İddialar əsassız və saxtadır

    İlkin olaraq erməni xəbər portalı olan "news.am" saytında yerləşdirilən xəbərdə azərbaycanlı zabitlərin və 10.000 nəfər şəxsin məlumatlarının oğurlandığı iddia olunaraq məlumatların guya həqiqəti əks etdirdiyini isbatlamaq üçün həmin məlumatlara baxmaq üçün link yerləşdirilib.

     
    Lakin, həmin linklərin hər birinə daxil olub yoxladıqda aşağıdakı mənzərə ilə qarşılaşırıq.

     
    Hər 3 link üçün də qeyd olunan vəziyyət keçərlidir. Yəni, qısa olaraq ermənilərin bizim dataları oğurlayaraq, yüklədikləri linklərin əslində mövcud olmadığı ortaya çıxır. Azəbaycan üçün linklərin bağlı ola biləcəyi ehtimalını nəzərə alaraq Amerika ünvanlarımızdan da həmin linkləri yoxladıqda, mövcud olmadıqları ortaya çıxır.
    Digər rus mənbəsi olan "securitylab.ru" saytında yerləşdirilən məqalədə erməni təxribatçıları eyni iddia ilə bir neçə məlumatı yerləşdirib.

    Saytdan məlumatların sübutu üçün erməni hacker qruplaşmasının rəsmi səhifəsində olan şəkillərə verilən keçidə daxil olduqda isə aşağıdakı mənzərə ortaya çıxır.


    Buradan belə nəticəyə gəlmək olar ki, hackerlər öz paylaşdıqları məlumatları və şəkilləri siliblər yaxud bu link mövcud deyil. Yəni dəlil olaraq göstərilən link də boşdur. Məlumat yenə yoxdur.

    Digər məşhur mənbə "hackread.com"da dərc olunan məlumatda isə erməni hackerlərin əldə etdikləri məlumatlar yer alır. Yer alan məlumatlara diqqətlə nəzər saldıqda, əldə olunan məlumatların yayımlandığı bir linki tapmaq mümkün deyil. Dəlil olaraq yerləşdirilən zabitimizin şəkili və məlumatları isə şəhid Vaqif Bayramova məxsusdur. 

    Bu məlumat isə erməni tərəfinə internet üzərindən çatmadığı aydın məsələdir. Şəhid Kapitan Vaqif Dilqəmoğlu Bayramov aprel ayında Talış kəndi uğrunda gedən döyüşlər zamanı düşmənə sarsıdıcı zərbələr endirib və döyüş meydanında qalan yaralı yoldaşlarını mövqelərimizə çatdırdıqdan sonra geriyə yox, irəli gedib. Yəni, erməni təxribatı yenə öz işinin öhdəsindən məharətlə gələrək köhnə məlumatları yeni məlumatlar adı altında təqdim edib. Və guya erməni xakerlər azərbaycanlı zabitlərin məlumatlarını ələ keçiriblər.
     
    Digər bir mənbədə isə 21 sentyabr tarixində Azərbaycan saytlarının hack edilməsi barədə məlumat yerləşdirilib. Hack edilən saytların isə ciddi dövlət qurumları saytları olduğunu iddia edən erməni tərəfi məhz bu saytlar vasitəsilə ilə məlumatları əldə etdiklərini dəlil kimi göstəriblər. Yerləşdirilən saytların siyahısına nəzər saldıqda isə burada zabitlərin məlumatlarını daşıyan hər hansı ciddi dövlət qurumu saytının olmadığı açıq-aydın görünür.


    Aldığımız və əldə olunan məlumatlar əsasında erməni tərəfinin kiber hücüm kimi qələmə verdikləri bu hadisənin təmamilə saxta olduğu ortaya çıxır. Technote komandası olaraq növbəti saatlar ərzində xəbəri yayımlayan məşhur mənbələrə də bu haqda məlumat verib yayılan məlumatın saxta olduğunu və düzəliş edilməsinin vacibliyi barədə bildiriş göndərəcəyik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər