Eşitmə qüsurlu insanlar üçün xoş xəbər

170

5 il bundan öncə neyrobioloq Devid İqlman özünə sual verirdi ki, görəsən insan öz bədəninin gizli potensialı hesabına ətraf səsi qəbul edə bilərmi.

O fikir verdi ki, insan dərisi səs üçün giriş kanalıdır. Beləliklə aspirant Skott Noviç-in köməkliyi ilə Devid "VEST” (Versatile Extra-Sensory Transducer) sistemini yaratdı. Həmin sistem 32 kiçik motor vasitəsilə səs dalğalarını vibrasiyalar şəklində insan beli ilə ötürür. "Bu jiletin vasitəsilə siz eşitmək üçün yalnız hissiyat orqanı ilə kifayətlənməyəcəksiniz” – deyə Devid İqlman bildirib. Bəs VEST hansı prinsip ilə çalışır? İlk öncə kompüter və ya smartfon ətraf mühitdəki səs vibrasiyalarını qəbul edir və onu müəyyən tezliklərə çevirir. Həmin tezliklərin hər bir spektr zolağı jiletdə olan 32 kiçik motordan birini işə salır. Qısa müddətdən sonra sizin beyniniz şüuraltı səviyyədə rəqslər (burada fiziki termin kimi işlədilir) seriyasını konkret səsə çevirməyi öyrənir.

Eşitmə qüsurlu insanlar üçün hazırlanmış VEST sistemi

"Digər sözlə desək səsin bu qəbulolunma üsulunun ənənəvi üsuldan pis olduğu barəsində heç bir səbəb yoxdur” – deyə Devid bildirib. İndiyənə kimi o, artıq bir sıra eşitmə qüsurlu insanları səsləri və ayrı-ayrı sözləri jilet vasitəsilə müəyyən etmələrini öyrədib. O ümid edir ki, yaxın zamanda bu insanlar cümlələri fərqləndirə və daha sonra tamamilə nitqin qavrayışını bərpa edə biləcəklər. Bir sıra yaş qrupları ilə aparılmış sınaqlardan sonra İqlman belə bir nəticəyə gəlib ki, uşaqlar yeni üsulu daha yaxşı qavrayırlar. Belə ki, onların beyinləri öyrənməyə daha əlverişli şəkildədir. Neyrobioloqlar ümid edirlər ki, onların icadı bir çox iş sahələrində insanların problemlərini həll edəcək. Məsələn pilotlar təyyarə sisteminin vəziyyəti haqqında vibrasiyalar vasitəsilə öyrənə, astronavtlar isə öz həyat göstəricilərinə nəzarət edə biləcəklər. Hal-hazırda yeni sistemdə olan çətinliklərdən biri məhdud diapazon və məsafədədir. Lakin texnologiyaların yüksək inkişaf etdiyi bu dövrdə həmin problemlərin həlli mümkündür.