main-post-cover

    Əşyalarınızı, xoşagəlməz qoxudan azad edən və təmizləyən çanta (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Kickstarter platformasında, Paqsule adlı yeni layihəyə start verilib.

    Paqsule adlı ağıllı çanta, özünü və daxilində olan hər bir əşyanı təmizləyə bilir. Bunun üçün çanta, ultrabənövşəyi işıqdanozondan istifadə edir. Beləliklə çantadakı düyməyə bir dəfə klik edərək, çanta, daxilindəki hər bir əşyanı bakteriyalardan və xoşagəlməz qoxudan təmizləyir. Sözügedən layihənin komandası qeyd edib ki, çantanın daxilində gedən bütün təmizləmə prosesləri təbiidir. Hər təmizləmə prosesi 35 dəqiqə çəkir. 35 dəqiqədən sonra çantanın daxilində olan ozon, oksigenə çevrilir və çantanın daxilindən xoşagələn qoxu əks olunur. Paqsule-nin idarəetmə sistemi, AndroidiOS sistemləri üçün nəzərdə tutulmuş xüsusi tətbiqə əsaslanır. Həmin tətbiq vasitəsilə istifadəçi, təmizlik prosesi haqqında əlavə məlumatları əldə edə biləcək. "Biz Paqsule-ni, sizə lazım olacaq yeganə çanta etmək istəyirik. Bir neçə ədəd çantaya sahib olmaq əvəzinə bizim çantamız, təmizləmə prosesi vasitəsilə bir çox yerlərdə istifadə olunmanı təmin edir. Məsələn işdə, idmanda və yaxud səyahətdə” – deyə komanda qeyd edib. Sözügedən çantanı Kickstarter-də 229$ qiymətinə ön sifariş etmək olar. Çantaların ilk satışı isə bu ilin yay fəslində baş tutacaq.
    Linki kopyala