main-post-cover

    Etdiyi ixtiralarla dünyaya ən çox zərər verən alim: Thomas Midgley

    07.05.2017
    Farid Pardashunas

    Alimlər, etdikləri tədqiqatlar və kəşflərlə adətən insanlara xeyir verirlər. Lakin Thomas Midgley üçün eyni şeyləri deyə bilməyəcəyik.

    Thomas Midgley, tetraetil qurğuşunun və cfc-nin ixtiraçısı olan bir alimdir. 1944-cü ildə dünyasını dəyişən Midgley, dünyaya ən çox zərər verən elm adamı olaraq tarixə yazılıb.
    Midgleyin ixtiralarından olan tetraetil qurğuşun, neurotokik xüsusiyyətə sahib bir maddədir. Bu maddə normaldan çox dozaya məruz qalındığında canlıların beynində və mərkəzi sinir sistemində, bərpa edilməyəcək dərəcədə zərərə yol açır. Bundan başqa böyük miqdarlarda məruz qalınan qurğuşun korluq, eşitmə problemi və böyrək çatışmazlığı, yuxusuzluq kimi vəziyyətlərə səbəb olur.
    Əslində bu maddə, bir vaxtların ən çox fayda gətirəcək ixtiralarından biri olaraq görülürdü. Məsələn qurğuşun olaraq istehsal edilən avtomobillərin 98%-i bu maddə ilə istehsal edilmişdi. Bu da, avtomobillərin istehsal edildiyi fabriklərdə işləyən milyonlarla insanın, yüksək miqdarda tetraetil qurğuşuna məruz qalmasına səbəb olub. Nəticə olaraq isə bir-bir, iki-iki hətta beş-beş ölümlər başlayıb. Midgley isə mətbuat konfransı keçirərək qurğuşunun zərərli olmadığını isbat etmək məqsədi ilə buxarını içinə çəkir. Halbuki 6 saniyə ərzində qurğuşuna məruz qalındıqda bədəndən atılması, 1 il davam edir.
    Qurğuşundan başqa Midgley-in, dünyanın ekoloji tarazlığının pozulmasına səbəb olan bir ixtirası da var: Soyuducularda, ətir və deodorantlarda olan kloroflorokarbon (cfc) qazı. Bu qaz, günümüzün qlobal istiləşmə probleminin yaşanmasına səbəb olan ən böyük təsirlərdəndir. 1 kiloqram cfc-nin 70 min kiloqramlıq ozonu yox etməsi, zənnimcə qazın nə qədər zərərli olduğunu anlamaq üçün kifayət edər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər