Ev itləri ilə bağlı startap 3.1 Milyon dollar investisiya aldı!
Digər
07.05.2017
Farid Pardashunas
Ev
heyvanları ilə bağlı strataplar barədə, xüsusilə Avropa və Amerika-da diqqət cəlb
edən işlərə rast gəlmək olur. Braziliyada 3.1 milyon dollar investisiya alan "DogHero”
da buna birə-bir nümunədir.
"Airbnb”nin
itlərə aid edilmiş bir modeli olaraq mənimsənilən DogHero, it sahiblərinin öz
sadiq dostlarını güvənilir baxıcılara əmanət etmələrinə vasitəçilik edir.2014-cü ildə qurulan startap, hazırda 100 min ədəd it ilə 5 min baxıcıya xidmət
göstərir və ölkə daxilində 400 şəhərdə istifadə edilir.
"Technote.az"ın "Webrazzi"yə istinadən verdiyi xəbərə görə, 2015-ci
ildə "Kaszek Ventures”dan toxum investisiyası alan DogHero, Latın Amerikalı "Monashees”in
liderlik etdiyi investisiya turunda 3.1 milyon dollar investisiya almağı
bacardı. Bu iş üçün bu qədər böyük bir məbləğin verilməsi bizə qəribə gələ bilər
amma xatırladaq ki, Braziliyada ev heyvanları üçün 8.16 milyard dollardan çox
pul xərclənilir.
Qurucu
ortaqlardan Edvardo Bayer, çox səyahət etdiklərini və heyvanlarını əmanət edəcək
güvənli bir yer tapa bilmədiklərini deyərək, yenə şəxsi ehtiyacdan (tələbatdan)
doğan bir startapa imza atdıqlarını göstərir. Startapçılar gələn ilə qədər şirkəti,2.5 milyondan çox itə və 20 min baxıcıya qədər böyütmək istəyirlər.
Yenə
rəqəmlərə baxası olsaq, Braziliyada 35.8 milyon itin var olduğunu əlavə edə bilərik.
İt sahibi olmaq baxımından Braziliyanın qarşısındakı tək ölkə isə ABŞ-dır və orada
DogHero-nun gördüyü işi görən Rover.com və DogVacay.com indiyə qədər 100
milyondan artıq investisiya alıblar.
Bildiyim
qədəri ilə, Azərbaycanda bu sahədə fəaliyyət göstərən startap yoxdur. Bunun səbəbi bazarın kifayət qədər böyük olmaması ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)