main-post-cover

    Excel cədvəlinin son sətrinə çatmaq üçün 9 saatını sərf etdi (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Amerikalı blogger maraqlı və bir o qədər də mənasız təcrübə aparıb.

    Belə ki, Hunter Hobbs adlı blogger, Excel cədvəlinin hansı sətrdə bitəcəyini müəyyən edib. Bu təcrübə zamanı onun özünü necə əyləndidiyi barədə videonu blogger, YouTube kanalında yerləşdirib. "Technote.az"ın "Lenta.ru"a istinadən verdiyi xəbərə əsasən Excel cədvəlinin sonuna çatmaq üçün Hobbs-a 9 saat yarım vaxt lazım olub. Beləliklə məlum olub ki, Excel cədvəli 1.084.576-cı sətrdə sona çatır. Bloggerin bildirdiyinə görə Excel cədvəlinin son sətrini aşkar etmək onun həyatındakı ən mənasız işlərdən biri olub. Lakin bir tərəfdən baxanda bunu kimsə etməli idi.
    Linki kopyala