main-post-cover

    Eyni soyadı paylaşdığınız insanların yaşadığı dünya ölkələrini göstərən sayt

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Sizinlə eyni soyadı daşıyan insanların harda olduqları haqda heç fikirləşmisiniz?

    Forebears adlı veb saytında 11 milyon soyad öz əksini tapıb. 2012-ci ildə fəaliyyətə başlayan layihə, qəzetlərdə keçən soyadların, soyad köklərinin qeyd olunduğu veb saytlarının və bəzi pullu mənbələrin məlumatlarını alır. Saytda həmçinin hansı soyadın hansı ölkədə çoxluq təşkil etdiyi, soyadın ölkədə nə qədər insan tərəfindən istifadə olunduğunu, soyadların anlamlarını və oxunuşlarını tapmaq mümkündür.

    Bundan əlavə müharibə qeydləri, cənazə yerlərini, əhali qeydləri və s. məlumatlarının olduğu veb saytlarına istiqamətləndirən linklər də mövcuddur.
    Soyadların Wikipediyası olaraq bilinən bu saytın əsas məqsədi dağınıq halda olan soyad məlumatlarını bir yerdə toplamaqdır. Təbii ki, əgər siz daha çox məlumat axtarırsınızsa, bu sayt bir qədər yetərsiz olacaq.
    Dünyanın dörd bir yanında toplanan soydaşlarınızı tanımaq istəsəniz burdan baxa bilərsiniz.
    Linki kopyala