Facebook-a insanları kəşf et xüsusiyyəti gəlir!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Facebook uzun müddətdir var olan bəzi xüsusiyyətlərini tək bir platforma altında toplayacaq olan Discover People yəni İnsanları Kəşfet xüsusiyyətini çox yaxında iOS və Android platformaları üçün yayımlamağa hazırlaşır.
Facebookun iOS və Android cihazlardalı mobil tətbiqinə əlavə
ediləcək bu xüsusiyyət vasitəsilə artıq ətrafınızdakı insanların nələr etdiklərini,
hansı tədbirlərə qoşulduqlarını rahatlıqla görə biləcək ya da sizinlə daha əvvəl
eyni yerdə işləyən insanları qısa vaxtda görə biləcəksiniz.
Sizinlə eyni tədbirlərə qoşulan yeni insanları kəşf etməyinizə
də şərait yaradacaq bu xüsusiyyət (Bu vəziyyət Azərbaycan üçün çox da keçərli
deyil) vasitəsilə yeni dostluqların da qarşısı açılmış olur deyə bilərik.
Hətta artıq köhnə sevgilinizlə eyni tədbirdə qarşılaşmaq
kimi bir vəziyyətin də qarşısını ala biləcəksiniz. Təbii ki bunu da bildirmək
lazımdır ki, insanlar bu cür paylaşımların nə qədərinin sizlərə çata biləcəyini
də özləri seçə biləcəklər. Yəni mobil cihazınızdan Discover People xüsusiyyətini
istifadə etdiyinizdə nələri paylaşmaq istədiyinizi seçə biləcəksiniz.
Əslində, tədbirlərə kimlərin qoşulduqlarını onsuzda tədbirin
səhifəsindən görə bilirdik. Əlavə olaraq yuxarıda saydığımız bəzi xüsusiyyətlər
də onsuzda hal-hazırda Facebookun tərkibində mövcuddur. Lakin Facebook mühəndislərinin
son istifadəçinin daha rahat çata bilməsi üçün hər şeyi tək bir bölmədə
toplamağa qərar verdiyini deyə bilərik.
Son olaraq da Facebook-un bu yenilənməni siz bu xəbəri
oxuyarkən paylaşmış olacağını da bildirək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!