main-post-cover

    Facebook-a xüsusi günlərdə tez-tez istifadə ediləcək bir yenilik daha gəlir!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Son vaxtlarda daimi olaraq bir çox yenilik əlavə edən Facebook, bu dəfə də slayd xüsusiyyəti gətirir.

    Daima yeniliklər ilə fərqlənməyə çalışan Facebook, yeni xüsusiyyətini də test etməyə başladı. Hazırda bəzi Android istifadəçilərində ortaya çıxan detallara görə xüsusilə Microsoftun Powerpoint-i ilə bənzəyən slayd funksiyası Facebooka gələcək.
    Təxminlərə görə ən gec yaz aylarında rəsmi olaraq təqdim ediləcək olan bu xüsusiyyət ilə yer bildirişi, hisslərimiz, nə izlədiyimiz, nə yediyimiz kimi hərşeyi paylaşa bildiyimiz Facebookda artıq slayd nümayişi də təqdim edə biləcəyik.
     
    Beləcə Facebookdakı şəkillərinizi istəyirsinizsə musiqi müşaiyətində bir video halına gətirərək paylaşa biləcəksiniz. Xüsusilə ad günləri, il dönümləri kimi xüsusi anlarda tez-tez istifadə ediləcəyini düşündüyümüz slayd xüsusiyyətində əlavə olaraq Google Images servisi üzərindəki buluda yaddaşa verdiyiniz şəkillərdən də istifadə edə biləcəksiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər