main-post-cover

    Facebook, ABŞ-da yemək sifarişi və tədbir bileti satışlarına vasitəçi olmağa başladı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "Facebook”un sadəcə bir sosial şəbəkə olduğu günlər çox geridə qaldı. Keçdiyimiz günlərdə WorkPlace və Store yeniliklərini təqdim edən "Facebook", indi də yemək sifarişi və mütəlif rezervasiya proseslərini Facebook-dan çıxmadan reallaşdırmağınıza şərait yaradacaq.

    Onlayn rezervasiya xidməti "MyTime” ilə razılaşan Facebook, artıq Delivery.com kimi xidmətlərə birbaşa sifariş/rezervasiya rahatlığını gətirir. Digər tərəfdən Ticketmaster EventBrite kimi servislər vasitəsilə Facebook üzərindən tədbir (forum, konfrans, konsert və s.) biletləri də alına biləcək.

    İllər əvvəl məkan fürsətləri işinə girən ancaq geri çəkilən "Facebook”un bu yeni ortaqlıqlarının daha mənalı olduğunu deyə bilərik. Bunun köməkliyi ilə həm Facebook ən yaxşı bildiyi proqramlaşdırma işindən ayrılmamış olur həm də bu sahədəki mövcud startaplar Facebooka qarşı olmaq yerinə onunla birlikdə həyatına davam edə bilir. Təbii ki günün sonunda bu xidmətdən istifadə edəcək startapların öz tətbiqlərinə və saytlarına çəkdikləri istifadəçi sayının azalacağına da şübhə yoxdur.

    Facebook Tədbirlər Tətbiqi də müstəqil oldu

    Bu yeniliklərlə birlikdə Facebookun yeni bir tətbiqinin daha müstəqil hala gəldiyini öyrəndik. Facebook Events yəni Facebook Tədbirlər tətbiqi artıq ayrı bir tətbiq olaraq istifadə edilə bilinəcək. Paylaşılan statistikalara görə Facebook Events xidmətindən istifadə edən 650 milyon insan var və bunun tədbir orqanizatorları və bilet satıcıları üçün böyük bir üstünlük olduğunu rahatlıqla deyə bilərik.

    Facebookdan Məsləhətlər

    Bir başqa yenilik isə yenə məkan/tədbir sahəsi ilə bağlıdır. Artıq istifadəçilər bir məkan və ya tədbir tövsiyyəsi istədiklərində Facebook da süni zəka vasitəsilə seçdiyi dostlarının tövsiyyələri onlara təqdim oluna biləcək. Bu yeniliyi istifadə edə bilmək üçün Məsləhətlər xüsusiyyətinin aktivləşdirilməsi lazımdır ancaq yuxarıda yazdığımız digər yeniliklər kimi bunun da hələki sadəcə ABŞ-da keçərli olduğunu bildirək.
    "Facebook"un kifayət qədər müsbət fikir topladıqdan və fərqli ölkələrdə yeni iş birlikləri qurduqdan sonra digər bazarlara açılacağını da deyə bilərik. Baxaq görək bu addımlar sifariş, rezervasiya və tədbir tətbiqlərinin yanında vacib Google və Yelp kimi şirkətlərdən nə götürəcək?

    Mənbə: Webrazzi
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər