main-post-cover

    Facebook, artıq heç kimi işsiz qoymayacaq! Facebookda iş tapa biləcəksiniz!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Sosial media nəhəngi "Facebook", "Microsoft"un satın aldığı karyera sosial şəbəkəsi LinkedIn ilə də rəqabət etmək istəyir. Facebook yeni xüsusiyyətini sınaqdan keçirməyə başladı.

    Keçən həftə elan etdiyi Game Room tətbiqi ilə "Steam"a birbaşa rəqib olan "Facebook" indi də gözünü "LinkedIn"ə dikib. 
    "Facebook" yeni açıqlamasında, iş verənlərin iş elanı verə biləcəyi və gələn müraciətləri dəyərləndirə biləcəkləri yeni bir mexanizmi test etməyə başladığını elan etdi.

    İş və işçi axtarışı sosial şəbəkəsi Facebook

    "Facebook"un hələki bu xidməti sınaq versiyasından çıxardıb tam olaraq istifadəyə alıb almayacağı bilinmir. Ancaq LinkedIn-də çox sayda professionalın olduğu və Facebook yerinə çox zaman LinkedIni izlədikləri də həqiqətdir. 
    Sosial Media nəhənginin əlavə olaraq LinkedIn-dəki iş elanlarından əldə edilən gəlirə də göz dikmiş ola biləcəyi düşünülür. 3-cü rüb maliyyə hesabatları açıqlanan Facebook-un rəqəmləri, sosial media nəhənginin ən yaxşı gəlirli dövründə olduğuna əyani sübut oldu. Lakin o hələdə digər şirkətlərin gəlirinə göz dikməyə davam edir.
    LinkedIn, iş elanı vermək istəyənlərdən müəyyən ödənişlər alır və ya abunəlik haqqı tələb edir. Bu da LinkedIn üçün əsas gəlir mənbəyi hesab olunur. 
    Beləki bu cür bir iş/işçi axtarış funksiyasının Facebook-a əlavə edilməsi ilə iş həyatına başlamaq üzrə olan saysız gənci də Facebook-a çəkmək və ya Facebook-da saxlamaq şirkətin gəlirlərini daha da artıracaq.
    Linki kopyala