main-post-cover

    "Facebook" bu dəfə Zuckerberqin paylaşımlarını sildi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook zaman-zaman müxtəlif mövzularla gündəmə gəlir. Bu dəfəki xəbər isə Facebook CEO-su Mark Zuckerberglə bağlıdır.

    Facebook 29 noyabrda texniki səhvə yol verərək Mark Zuckerberqin bəzi paylaşımlarını silib. İşin maraqlı tərəfi isə bu paylaşımların siyasi xarakterli olmasıdır. Bu haqda məlumatı The International Business Times agentliyi verib. Verilən məlumata görə 10-a yaxın məlumat silinib və bunlardan bir qismi Facebook-da yer alan yalancı xəbərlərlə bağlı olub.
    Daha sonra şirkət rəhbərliyi yenidən silinən xəbərləri bərpa edə bilib. Həmçinin onlar bunun texniki səhv olduğunu bildiriblər. Verilən məlumata görə problemə səbəb sistemlərdən birində nasazlığın yaranması ilə bağlı olub. Sosial şəbəkə təmsilçisi Markın hesabının oğurlanmadığını da qeyd edib.
    Silinən xəbərlərdən biri 12 noyabr tarixinə aid olub, hansı ki, burda Zuckerberq ABŞ-da prezident seçimləri ilə əlaqədar münasibət bildirib.
     
    Burda həmçinin Facebook-un seçimlərə təsiri haqda da fikirlər öz əksini tapmışdı. Digər bir itən xəbər isə Facebook-un yalancı xəbərlərlə mübarizəsinə həsr olunmuşdu.
    Xatırladaq ki, bu Zuckerberqlə bağlı ilk belə xəbər deyil. Daha əvvəl Facebook-da Zuckerberqin ölümü xəbəri yayılmış və sonradan bunu texniki səhvlə əlaqələndirmişdilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər