drzeka zeka kartları

Facebook , bu funksiyanı iOS-dan 2 il sonra Android üçün də aktiv etdi

08.05.2017 0 PAYLAŞIM 6330 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Artıq Android əməliyyat sistemində Facebook tətbiqini istifadə edənlər də,  öz iOS-lu dostları kimi videolarını Facebook-a HD keyfiyyətdə yükləyə biləcəklər.
 
"Technote.az "ın "Android Police " bloguna istinadən verdiyi məlumata əsasən, artıq Facebook tətbiqetməsinin tənzimləmələr menyusunda şəkillər ilə yanaşı videoları da HD olaraq paylaşmaq üçün seçim mövcuddur. Dəyişiklik əslində bir neçə həftə əvvəl həyata keçirilsə də, bugündən etibarən bütün istifadəçilər üçün aktiv edilib
Çox qəribə olsa da iOS-dan təxminən 2 il sonra Android üçün  də bu funksiyanı aktiv edən "Facebook ", Android də 4K videoların necə effektli olacağını sınaqdan keçirməyi axır ki bitirdi. 
Eyni zamanda bu yenilənmə ilə birlikdə bəzi istifadəçilər üçün sınaq versiyasında təqdim edilən, videoları istənilən başqa tətbiqdə olarkən (messenger balonları kimi) baxmaq, videoya baxdıqdan sonra onu heç bir əlavə trafik xərcləmədən endirmək və video izləyərkən keyfiyyətini seçmək də mümkün olacaq.