main-post-cover

    Facebook canlı yayım xüsusiyyətinə daha bir funksiya əlavə etdi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Son zamanlar Facebook canlı yayım funksiyası üzərində ciddi dəyişikliklər aparmaqdadır. Sonuncu dəfə 24 saat fasiləsiz yayımı istifadəçilərə təqdim edən Facebook, bununla sanki televiziya kanalları və həvəskar çəkilişi sevənlərin qarşısındakı maneələri açmış oldu. Canlı yayım həm biznes və təşkilati, həm də dostlarınızla unudulmaz anlarınızı canlı olaraq paylaşmaq üçün əvəzolunmaz vasitədir. Belə olan halda Facebook canlı yayım xüsusiyyətinə yeni bir funksiya daha əlavə edib. Beləki, siz artıq canlı yayımlarınızı planlı şəkildə həyata keçirə biləcəksiniz. Bu yenilik sayəsində daha çox insanı özünüzə cəlb etmək imkanınız olacaq.
     
    Canlı yayım planlandıqdan sonra şəxsin səhifəsində görüntülənəcək və istəyən şəxslər həmin saat və tarixdə xatırlatma funksiyasını istifadə edərək qoşula biləcəklər. Bildiriş almağı istəyən şəxslər yayımın başlamasına 3 dəqiqə qalmış bildiriş alacaqlar. Bu 3 dəqiqə içərisində yayımı izləyən digər istifadəçilərlə də söhbət edə biləcəksiniz. İstifadəçilər canlı yayım planını 1 həftə sonrasına qədər planlaya bilərlər.
    Bu yenilik bəziləri üçün Cümə axşamından etibarən aktiv edilsə də, gələn həftədən başlayaraq qismən bütün Facebook səhifələrinə şamil olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər