Facebook canlı yayımda səsvermə necə yaradılır?

4178
Son günlərin trendinə çevrilmiş facebook canlı yayım üzərindən səsvermənin yaradılması ilk dəfə ABŞ-da prezident seçkilərinin keçirildiyi zaman istifadə olunmağa başlamışdı. Qısa zamanda bütün dünyada sürətlə yayılan bu trend artıq ölkəmizdə də istifadə olunmağa başlayıb. Canlı yayım videoları ilə istifadəçilərin həmin yayıma verdikləri reaksiyalar (bəyənmə, sevgi, qəzəb, qəmgin və s.) birbaşa facebook reaksiyalarının API-ları vasitəsilə elə həmin yayımda olan sayğacda əks olunur. Bir çox səhifələrdə bu saxta, mexaniki vasitələrlə edilsə də, bu sayğacın real olaraq işləyənini yaratmaq o qədər də çətin bir prosses deyil. Bu məqaləmizdə sizə detallı olaraq facebook səhifənizdə həmin canlı sorğunu necə yaratmaq barəsində yazacağıq. 

1. İlk növbədə sizə lazım olan sorğu səhifəsidir. Hansı ki, bu sorğu səhifəsini "Html" səhifə kimi yarada bilərsiniz. Yalnız bu səhifə həmin yayıma gələn reaksiyaları ölçür və siz canlı yayım platformalarından istifadə etməklə bu sorğu səhifəsini facebook live-a ötürürsünüz.

Bəs bu səhifəni necə yaratmaq olar?

Bunun üçün sizin başınızı çox ağrıtmaq istəmirik, çünki bu yayımı Azərbaycanda ilk olaraq edən bizik və həmin kodları sizinlə birbaşa bölüşürük. Bu keçid vasitəsi ilə həmin "html" səhifəni yükləyə bilərsiniz. Bu səhifəni yüklədikdən sonra "local file" olaraq onu komputerinizdə açsaz, bizim hazırladığımız dizaynı görəcəksiniz. İndi isə həmin kodlarda sizin istəyinizə uyğun dəyişiklik etməliyik. Bunun üçün "notepad", "notepad++" tətbiqlərinin köməyi ilə yuxarıda yüklədiyiniz "Html" faylını açırıq və kodlara nəzər yetiririk.


2. Yuxarıda göstərilən kodlarda bəzi hissələrdə sizin səhifənizə uyğun dəyişikliklər etmək lazımdır. Canlı yayım səhifəsini hazırlamaq üçün siz, 3 sətrdə kodlara dəyişiklik etməlisiniz. Sizə lazım olar əsas vasitələr - Canlı yayımda səsverməsi keçirilən məhsul, xidmət yaxud şəxs haqqında foto dizayn, Facebook-da yayımı paylaşdığınız postun "id"-i və ən əsas lazım olan uzun müddətli yayım üçün "access token".
3. İlkin olaraq dəyişiləcək kod sizin səhifəyə uyğun olan "access tokendir" bu kod aşağıdakıdır:

 
Bəs bu kodu sizin səhifə üçün necə əldə etmək olar? Bunun üçün siz facebook-un developerlər üçün təqdim etdiyi toollardan istifadə etməlisiniz. İlkin olaraq "acces token" əldə etmək üçün sizə lazım olan "facebook app"-dir. Öz "facebook app"nizi yaratmaq üçün bu keçidə daxil oluruq. 


"Create new app" seçiminə daxil olaraq, öz "facebook app"mızı yaradırıq.

 
"App"i yaratdıqdan sonra açılan yeni səhifədə "app review" bölməsinə gəlib, yaratdığınız "app"-ı "public" edirsiniz.

 
Artıq sizin "app id" hazırdır lakin sizdən canlı yayım üçün tələb olunan "app id" deyil "access token"-dir. Siz həmin "Access token"i burada göstərdiyimiz link vasitəsilə əldə edəcəksiniz. Bu linkə keçməmişdən əvvəl qeyd edək ki, sizin "facebook app" açıq olan səhifəni "browser"inizdə bağlamayın. Çünki, növbəti mərhələdə burada olan məlumatlar lazım olacaq.
 
4. Yenə facebook-un developerlər üçün təqdim etdiyi alətlərdən istifadə etməklə bizə lazım olan "access token"-i ala bilərik. Bunun üçün bu linkə daxil olub bəzi əməliyyatları yerinə yetirmək lazımdır. Açılan pəncərədə "Graph API Explorer" menusundan yaratdığınız facebook "app"ı seçirsiniz. 

 
Daha sonra aşağıda "Get token" menusundan "Get page access token"ə daxil olursunuz. Açılan alt menu-dan yayım edəcəyiniz səhifəni seçirsiniz. 

 
Səhifənizi seçdikdən sonra qarşınıza sizin səhifə üçün hazırlanmış "access token" çıxacaq. Bu kodu kopyalayıb əməliyyatlara davam edək. Facebook-un verdiyi bu "access token" bəzi hallarda tez ölə bilər. 30-40 dəqiqə bəzən isə 1 saata bu token ölə bilər. Bunun daha uzun müddətli olması üçün aşağıdakı əməliyyatı yerinə yetirmək lazımdır.

5. Uzun ömürlü "access token" əldə etmək üçün bu linkə daxil olub müəyyən əməliyyatları yerinə yetirmək lazımdır. Linkə daxil olduğunuz zaman qarşınızda belə bir səhifə açılacaq. 


 
Yuxarıda qara qutularla qeyd etdiyimiz hissələrə sizin "facebook app"ın məlumatları daxil edilməlidir. Bunun üçün isə əvvəl açıq saxladığımız facebook app məlumatlarımız olan səhifəyə geri qayıdırıq. "Settings" bölməsindən bizə lazım olan "app id""app secret"ləri götürürük.


Həmin məlumatları "long access token" yaratmaq üçün lazım olan linkin, yuxarıda göstərdiyimiz hissələrinə əlavə edirik. Müvafiq olaraq app id, app secret və yaratdığımız "short access token"-i linkə daxil edib "enter"ə klikləyirik və "long access token"-i əldə edirik. 
 
6. Artıq bizə lazım olan "access token"-i əldə etdik. İndisə həmin "access token"-i kopyalayıb, yaratdığımız sorğu kodlarının içərisinə daxil edirik. 


Artıq "access token"imiz var və biz sorğunu başlatmaq üçün şəkil hazırlamalıyıq. Bunun üçün PS-dan istifadə edərək, zövqünüzə uyğun sorğu səhifəsi hazırlayırsınız, lakin burada diqqət ediləsi əsas məqam ondan ibarətdir ki, bu sorğu səhifəsinin dizaynı hazırlanarkən, sayğacların yerini də nəzərə almaq lazımdır. 


Şəkili hazır etdikdən sonra hazırladığımız şəkili "png" yaxud "jpg" formatda masa üstündə yaddaşa yazırıq. Daha sonra kod hissəsinə daxil olub, şəkil kimi masa üstündə olan həmin şəkilin adresini koda yazırıq.

 
Daha sonra isə əgər "html" və "css"dən anlayışınız varsa arxa fon şəkilinin üzərinə facebook reaksiyalarının sayını yerləşdirə (reaksiya saylarını css-də onlara uyğun "top" - "left" saylarını artırıb-azaldaraq hərəkət etdirib uyğun bölməyə yerləşdirmək lazımdır) və ya yeni reaksiyalar əlavə edə bilərsiniz. Facebookda olan 6 emosiyanın 6-sından da istifadə etmək mümkündür ki, bunun üçün kodlara kiçik bir əlavə etməlisiniz. Əgər sizin anlayışınız yoxdursa Developerinizdən bu barədə kömək ala bilərsiniz, bu isə onun bir neçə saniyəsini alacaqdır. Son olaraq hazırladığımız səhifə aşağıdakı kimi əks olunacaq. 

 
İndi isə keçək əsas məsələyə. Hazırladığımız bu səhifəni facebook üzərindən yayıma verməliyik. Bunun üçün köməkçi proqramlardan istifadə edə bilərik. Əlavə olaraq qeyd edək ki, hazırladığımız səhifənin kod hissəsində "facebook post id" hələ də boşdur. Çünki, biz hələ facebookda canlı yayım postunu yerləşdirməmişik. Yalnız həmin yayım posyunu paylaşdıqdan sonra, "post id"-ni əldə edib, hazırladığımız səhifənin kod hissəsinə əlavə edəcəyik.

Bəs canlı yayımı necə edək? 

Canlı yayımı etmək üçün bu linkdən OBS proqramını yükləyirik. Proqramı komputerə quraşdırdıqdan sonra bəzi sazlamaları həyata keçirmək lazımdır. OBS proqramını açıb, Daha sonra file-settings-stream menularına ardıcıl daxil olub, "stream service" olaraq Facebook live seçirik. Burada "stream key"in boş olduğunu görəcəksiniz. Bu hissədə sizin facebook səhifənizin canlı yayım açarı olmalıdır. 


Stream açarını isə facebook səhifəmizdən əldə edə bilərik. Bunun üçün isə aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır. Facebook səhifənizə daxil olub, "publishing tool" menusuna keçid edirik. Həmin menu-dan videos-live keçidlərini edirik.

 
"Live"a daxil olduğumuz zaman facebook-un bizim səhifə üçün təqdim etdiyi açar görünür. Həmin açarı kopyalayıb, OBS tətbiqinin uyğun xanasına daxil edib, yaddaşa veririk. 

 
Yenidən OBS tətbiqinə qayıdıb canlı yayımı facebooka ötürmək üçün hazırladığımız web sayğac səhifəsini "OBS"ə daxil etmək lazımdır. 
Bunun üçün sol xanada bir səhnə yaradırıq. Uyğun olaraq həmin səhnəyə uyğun sağ qutunun içərisində mənbə yaradırıq. Bu mənbə isə bizim hazırladığımız web səhifədir. Mənbə yaradan zaman həmin xanada "browser source" seçib, öz web səhifəmizin linkini əlavə edirik.

 
"Start Stream" düyməsinə klik edib, yayımı başladırıq. Facebook-da uyğun olaraq yayımı başladıb, səhifəmizdə paylaşırıq. Lakin bundan sonra həmin posta gələcək reaksiyalar hesablanmayacaq. Çünki, qeyd etdiyimiz kimi həmin canlı paylaşımın "post id"-in əldə etmək lazımdır. Bunun üçün dərhal yeni bir səhifədən canlı yayım etdiyimiz paylaşımın üzərinə gəlirik. Tarix olan hissəyə "mouse"-un kursorunu gətirib sağ düyməyə klik edərək, yayımın linkini kopyalayırıq. Daha sonra həmin linki başqa bir səhifəyə ataraq, linkdə post ID-ni əldə edirik. Nümunə: https://www.facebook.com/technote.az/videos/1054889604609726/ -post ID

 
"post ID" də hazırdır. Elə isə dərhal həmin ID-i hazırladığımız səhifənin kod hissəsinə əlavə edə bilərik. 

 
CTRL+S - və artıq hər şey hazırdır. Canlı olaraq səsvermələr qeydə alınır. Əgər bu yazımız faydalı oldusa, dostlarınızla paylaşın. Ən azından pullu xidmətlərdən istifadə etməkdənsə bunu özünüz də edə bilərsiniz.