Facebook canlı yayımla Səsvermə keçirənlərə BAN verəcək!

1276

Yəqin ki, hər biriniz Facebook-da emosiyalar ilə səsvermələrə rast gəlmisiniz. Lakin artıq belə səsvermələr olmayacaq ya da daha az rast gələcəksiniz. 

Çünki, "Facebook" tərəfindən paylaşılan yeni qaydaya əsasən, Emosiya ilə reaksiyalardan əsas məqsədi xaricində istifadə edənlərə BAN veriləcəkdir. Öz səhifəmizdə də bu üsulla Azərbaycanda ilk səsverməni biz keçirtidiyimiz üçün sizi xəbərdar etməkdə bizə düşər. "Facebook" emosiyaların bir səsvermə aləti olmadığını, bəyənmək, hirslənmək, təəccüblənmək, kədərlənmək və gülmək reaksiyalarını əks etdirdiyini, insanların bu vasitə ilə öz hisslərini daha asan ifadə edə bilməkləri üçün yaradıldığını bildirdi. Bu məqsədin xaricində istifadə edilməsi tamamilə qadağan olan Facebook emosiyaları, cəza tədbiri olaraq hesablara ya da səhifələrə daimi olaraq ban verməyi seçib. 

"Facebook" Emosiyalardan Aşağıdakılar kimi istifadə etməyi qadağan edib:

Səsvermə mexanizmi
Hər hansısa obyekt və ya hadisəni təmsil etmək üçün vasitə kimi
İnsanlardan onlardan hansısa birini seçməyi tələb etmək (məsələn: Like yoxsa Ürək?)
Facebook canlı yayımlarında insanlardan hansısa hərəkəti təsdiqləmək üçün (Məsələn: Bəyənin kərtənkələ yeyim və s.)
Hər hansısa bir şey üçün reaksiya göstərmələrini tələb etmək üçün - insanları öz iradələrindən fərqli hərəkət etməyə vadar etmək

Yeni əlavə edilən qaydalarla tanış olmaq və Facebook emosiyalarından hansı hallarda istifadə edə biləcəyinizi öyrənmək üçün bura daxil olaraq ətraflı məlumat ala bilərsiniz.