Facebook canlı yayımları, artıq kompüterlərdən edilə biləcək
Sosial Media
07.05.2017
Farid Pardashunas
Edilən bir açıqlama ilə, Facebookda artıq kompüterlər üzərindən də canlı yayım edilə bilinəcəyi açıqlandı.
Facebookda uzun bir müddətdir mobil cihazlar vasitəsilə canlı yayım edilə bilinir. Ancaq şirkət, bu mövzudakı yeni həmləsində istifadəyə verdiyi bəzi yenilənmələrlə birlikdə, canlı yayım edə bilmək imkanını kompüterlərə də daşıdı.Yəni artıq Facebook səhifələri, bir noutbook ya da web
kamerası olan bir
personal komputer vasitəsilə Facebookda canlı yayım edə biləcəklər. Facebookun
bu yeniliklə bağlı paylaşdığı açıqlamada, bundan sonra səhifələrin canlı yayım
edəcək şəxsləri seçə biləcəklərini də bildirildi. Bundan əvvəl sadəcə səhifə
adminləri canlı yayım edə bilirdilər və bu da istər istəməz bir məhdudiyyət sayılırdı.
Bu
dəyişiklik, Facebookun videolarında reklamlara yer verəcəyi ilə bağlı xəbərdən çox az bir sonra reallaşdı. Yəni bu, Facebookun canlı yayım videolarında da
reklam göstərə biləcəyi mənasına gəlir. Bununla birlikdə bu yenilik, Facebookda
canlı yayımların sayının artmasına səbəb olacaqdır. Ancaq bu canlı yayımların məznunlarının
keyfiyyətlərinin necə olacağı şübhəlidir. Məzmun sayının artmasının, keyfiyyəti
azaltdığının ən böyük nümunəsi isə YouTube-dur. Video paylaşım saytı, xüsusilə
son vaxtlarda olduqca çox keyfiyyətsiz məzmunla dolub-daşır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)