main-post-cover

    Facebook canlı yayımlarına Süni Zəka gəlir

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    "Facebook", narahat edici, aqressiv canlı yayımlara mane ola bilmək üçün süni zəkadan istifadə edəcək. İntihar videosu çəkmək istəyənlər bunu Facebook-da edə bilməyəcəklər. Facebook Live platforması, xidmətə başladığından bəri, gözlənilməyən video yayımlarına ev sahibliyi etmək məcburiyyətində qaldı. 
    Bir nümunədə, polis tərəfindən atəş edilən bir cütlüyün videosu qorxunc təsir yaratdı, digər nümunədə özünü öldürən bir gəncin intihar videosu yayımlandı. 
    Dünyanın fərqli yerlərində, fərqli insanların şiddət, aqressiya əks etdirən videoları izləyənləri narahat etdi. 
     
    "Facebook" indi bu videolara mane olmaq üçün, bir süni zəka yaratdı. Sosial media nəhəngi hər videonu tək-tək izləyib təsdiq edəcək video redaktorlar işə almaq əvəzinə, paylaşılan videonun şiddət əks etdirib etdirmədiyini yoxlayacaq bir süni zəkaya işi təhvil verəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər