"Facebook" çox faydalı və yeni rəy bildirmə funksiyasını yayımladı

9163
"Facebook" son dərəcə faydalı və yeni bir xüsusiyyətini an etibarilə yaymağa başladı. Yeni gələn funksiya ilə "facebook"da paylaşımları izləmək və paylaşımlara rəy bildirmək daha da asanlaşır.
 
Gələn yeni xüsusiyyət ilə birlikdə istifadəçilər facebook paylaşımlarına eynən "facebook"un web versiyasında mesajlara cavab yazmaq xüsusiyyəti kimi, "pop-up"lar vasitəsilə cavab verə biləcəklər. Qısacası "facebook"un web versiyasında sizə mesaj gələn zaman ekranın aşağı hissəsində pəncərə açılırdı, eyni xüsusiyyət "facebook" rəyləri üçün də keçərli olacaq.
 

1 neçə aydır test mərhələsində olan bu yenilənməni, dünəndən etibarən "facebook" yaymağa başlayıb. Bu xüsusiyyət vasitəsilə lazım olan rəyləri cavablamaq üçün həmin rəyin yer aldığı paylaşıma getmək məcburiyyətində qalmayacaqsınız. Aşağıda açılan yeni pəncərə ilə paylaşımı rahatlıqla izləyib, operativ olaraq rəy bildirmək mümkün olacaq.
 
Yenilənmə hələ ki, müəyyən profillər üçün aktiv haldadır. Əgər sözügedən yenilənmə sizin də profilinizdə aktivdirsə, fikrilərinizi bizimlə bölüşməyi unutmayın.