Facebook-da işləmək üçün tələb olunan 5 əsas xüsusiyyət

307

2004-cü ildə açılan "Facebook"un 2009-cu ildə işçilərinin sayı 1.000, indi isə 65 ölkədə 13.000 nəfər təşkil edir. "Facebook"un İnsan Resursları İcraçı direktoru Lori Qoler 2008-ci ildə başladığı vaxtdan bu günədək şirkətin 5 təməl dəyərinin dəyişmədiyini bildirib. Bundan əlavə işə qəbul zamanı və iş həyatında da bu qanunların çox açıq şəkildə tətbiq olunduğu açıqlanıb.

Facebook işçilərinin 5 təməl xüsusiyyətini ilə tanış olaq.

Öz güvənləri yüksəkliyi, cəsurluq tələb edir

Facebook CEO-su M. Zükerberq özünün və işçilərinin "Ən riskli şey risk almamaqdır ” prinsipinin başlıca həyat fəlsəfəsi olduğunu vurğulayıb. Biz hər zaman öz işçilərimizi səhv olsa belə cəsur qərarlar verməyə cəsarətləndiririk deyə o bildirib.

 

Təsirə adaptasiya olur

Qlobal işə qəbul idarəçisi Miranda Kalinovski: "Facebook-da işləyən hər kəs yeni şeylər yaradır və bunu inkişaf etdirməyin yollarını axtarır.” deyə bildirib. İşçilər Facebook-u daha açıq və bağlantılı hala gətirmək üçün çalışırlar.

Sürətli hərəkət etmək vacib şərtdir

"Sürətli hərəkət et və bir şeyləri dəyiş”. Mark şirkəti qurarkən bu onun əsas sözü idi. Şirkət böyüyərkən də bu xüsusiyyət heç dəyişmədi. Buna görə də "Facebook" işçiləri fürsətləri qaçırmaqdansa, sürətli hərəkət edib bir şeyləri dəyişməyi daha üstün hesab edirlər.

Şəffaflıq

Qoler: "Açıqlıq və şəffaflığın olması topluluq yaratmaq və işbirliyi qurmağın bir parçasıdır.” deyə o, öz ifadəsində bildirir. Çalışma sahələrinin açıq olması və işçilərinin bir-birinə yaxın yerdə oturması bu sözü dəstəkləyir.

Sosial dəyərlər yaradırlar

Qoler, Facebook-da işçilərə hər hansı sahədə niyə çalışdığını soruşduqda "Mənim üçün vacib olan şeyin burda vacib yerə sahib olmaq və böyük bir şeyin bir parçası olmaq” cavabını alacağınızı deyir.