Facebook-da özü-özünü təhdid edərək həbsə düşdü

308

Maraqlı hadisə Las Veqasda baş verib.

Belə ki, 25 yaşlı Las Veqas sakini Stephani Renae Lawson, Facebook-da fake hesablar yaradaraq öz sevgilisini tələyə salmaq istəyib. Nəticədə o, 1 illik azadlıqdan məhrum edilib. Öz sevgilisindən ayrılandan sonra Stephani sevgilisinin adı ilə fake hesab yaradaraq özünə təhdidedici ismarıclar göndərib. "Technote.az”ın "Gazeta.ru”a istinadən verdiyi xəbərə əsasən polislər həmin şübhəli şəxsi yaxalayıblar. Lakin sonradan zərərçəkmiş şəxsin ifadəsindəki qarmaqarışıqlara rast gəliblər. Nəticədə Stephani elədiyi əməli boynuna alıb və 1 illik həbs cəzası ilə cəzalandırılıb. Onun keçmiş sevgilisinə qarşı olan bütün ittihamlar isə geri çəkilib.