Facebook-da yayılan yeni virus hesablarınız üçün təhlükə daşıyır

239

Malwarebyte-ın araşdırmaçıları yeni Eko adlı troyan haqda xəbərdarlıq paylaşıblar. Yeni virus Facebook istifadəçilərini təhdid edir.

Virusun daha çox yayılması üçün hackerlər sosial mühəndislikdən istifadə edirlər. Belə ki, qurban seçilmiş şəxsə Facebook kontaktında yer alan biri tərəfindən mesaj göndərilir. Göndərilən məlumatda şəxsin özünə aid fotosu əks olunur və bir növ linkə klik etdiyinizdə video açılacaqmış kimi təəssürat yaradır. Şəkildə "Video"xic.graphics” yazısı yer alır.

Klik etdikdə təbii ki, heç bir video açılmır və daha sonra Chrome plaginini əlavə etməyiniz haqda mesaj alırsınız. Siz yüklənmə əmri verdikdə Eko troyan virusu yüklənməyə başlayır. Təbii ki, burda da məqsəd eynidir, sizin şəxsi məlumatlarınızı əldə etmək.

İlk əvvəl bu təhlükə ilə Fransa sakinləri rastlaşıblar. Daha sonra problem digər qonşu ölkələrdə də üzə çıxmağa başlayıb. Əgər kompüter virusla yoluxarsa, onda plagini deaktivləşdirməli, Facebook və digər sosial şəbəkələrdə var olan parollarınızı dəyişməyiniz məsləhət görülür.