main-post-cover

    Facebook-da yeni sistem boşluğu aşkar edildi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook-da, istifadəçilərin məlumatlarını təhlükəyə qoyan yeni sistem boşluğu aşkar edilib.

    Sözügedən sistem boşluğunu amerikalı proqramçı Tommy DeVoss aşkar edib. Onun sözlərinə görə bu sistem boşluğu vasitəsilə istifadəçilərin mail ünvanlarını öyrənmək olar. Bu halda mütəxəssis, istifadəçilərin müxtəlif mövzularda bir araya gəldikləri Groups funksiyasını nəzərdə tutur. Məlumdur ki, bu cür gizli qruplarda etibarlı məxfilik ayarları olur. Lakin buna baxmayaraq qrupun administratoru istənilən istifadəçinin şəxsi məlumatlarını əldə edə bilər. Sistem çox sadədir. Facebook-a mobil cihazdan daxil olan zaman istifadəçi istər-istəməz özü haqqındakı məlumatların öyrənilməsini təmin edir. Bu zaman isə istifadəçinin elektron poçt ünvanı haqqında məlumatların olduğu URL səhifəyə keçid olunur.
    Linki kopyala