main-post-cover

    Facebook-dakı bir səhv, köhnə şəkillərinizin yenidən paylaşılmasına səbəb olur!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebookda meydana gələn bir səhv, köhnə şəkillərinizin sizdən xəbərsiz olaraq sanki siz yenidən paylaşmısınız kimi paylaşılmasına səbəb olur!

    Əgər Facebook profilinizdə köhnə şəkillərinizin paylaşıldığını görürsünüzsə və paylaşımı edən siz deyilsinizsə narahat olmayın. Hesabınız başqası tərəfindən oğurlanmayıb ya da hesabınıza virus düşməyib. 
     
    Buna səbəb olan şey, Facebookda meydana gələn bir səhvdən ibarətdir. Xüsusilə keçdiyimiz həftə özünü biruzə verən və gedərək istifadəçilər arasında yayılan xətaya görə aylar, hətta illər əvvəl paylaşılmış Facebook şəkilləri, sanki istifadəçilər yenidən paylaşıbmış kimi Facebookda paylaşılır. 
    Hal belə olanda bir çox Facebook istifadəçisi, keçmişdə paylaşdığı şəkillərlə bağlı bildirişlər almağa başladılar (beləki şəkillər yeni paylaşılıbmışlar kimi insanlara görünürlər və bəyənmə alırlar).
    Əslində -sizin də bildiyiniz kimi- Facebookun bu hadisəyə oxşar bir rəsmi xidməti hal-hazırda mövcuddur. Bəzi tarixlərə görə keçmişdə paylaşdığınız şəkillər, divarınızda çıxır və siz biraz "nostalji" olsun deyə bu şəkilləri paylaşa bilirsiniz. 
     
     
    Facebook tərəfindən xəta ilə bağlı bir açıqlama gəlməyib, sadəcə hadisənin araşdırıldığı deyilir. Yəni belə bir problem nə üçün meydana gəlir, səbəbi nədir tam olaraq bilə bilmirik. Lakin dediyimiz kimi, hal-hazırda oxşar bir sistem təklif edən Facebookun bu sistemində bir sıxıntı ola bilər. Normalda keçmişdəki şəkilləriniz, öz istəyiniz üzərinə paylaşılır. Yaranan bir xəta, istifadaçilərin icazəsi olmadan bu şəkilləri paylaşmış ola bilər.
    Xətanın meydana gəlməsinə səbəb ola biləcək şeylərdən birinin də Facebookun yenilənən versiyası ilə əlaqəli olduğu düşünülür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər