main-post-cover

    Facebook-dan göndərdiyiniz mesajlar üçün daha bir yenilik təqdim olundu

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook yeniliklər etməyə davam edir.

    Çox kiçik dəyişiklik olsa da Facebook, Android üçün daha bir yenilik təqdim edib. Belə ki, artıq Facebook-da yazılar daha rəngli və maraqlı olacaq.
    Facebook Android istifadəçilərinə daha bir yenilik təqdim etməyə hazırlaşır. Android istifadəçiləri yazdıqları mətnlərin arxa plan rənglərini dəyişə biləcəklər.
    Heç bir açıqlama etmədən bu yeniliyi təqdim edən Facebook, göndərilən məzmunun daha rəngarəng olmasına şərait yaradır. Sadəcə yazı formatı üçün nəzərdə tutulan bu xüsusiyyət, siz göndərmədiyiniz mətni yazmağa başladıqda aktiv hala gəlir. Siz yazarkən ekranın aşağı hissəsində rəng seçimi gəlir və göndərdiyiniz yazı rəngli formada qarşı tərəfə çatdırılır.

    Bu xüsusiyyət hər hansı rəsm və link olduqda istifadə oluna bilmir. Bundan əlavə Facebook-un bu yeniliyi iOS və Facebook-un veb səhifəsi üçün aktiv deyil. Yenilik hələ ki, ancaq Android istifadəçilərinə təqdim olunub.
    Yaxın zamanda bu yeniliyin iOS və veb üçün də təqdim olunması nəzərdə tutulur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər