main-post-cover

    Facebook-dan maraqlı funksiya: Ölkə, Futbol Komandası, Kino və s. çərçivələri

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook-a gələn yeni xüsusiyyət sayəsində profil şəklinizə müddətli və ya müddətsiz olaraq öz ölkənizin bayrağını əlavə edə bilərsiniz.


    Facebook, istifadəçiləri yeni bir xüsusiyyəti daha istifdəyə verdi: Profil şəkilinə bayraq əlavə etmə. Daha əvvəl futbol komandalarının bayraqlarını əlavə etməyə icazə verən tətbiq, bundan sonra ölkə bayraqlarını da əlavə etməyə imkan tanıyacaq. Son olaraq yenilənmə ilə birlikdə 200 bayraq əlavə olunub.
    Əgər istəyirsinizsə aşağıdakı maddələri yerinə yetirərək profil şəklinizə bayraq əlavə edə bilərsiz.
    1. İlk olaraq Facebook-un buradakılinkinə daxil olun .
    2. Daha sonra sol tərədə olan axtarış bölməsinə istədiyiniz ölkənin adını yazaraq profilinizə ən uyğun bayrağı seçin.
    3. Profil şəklinizin altındakı bölmədə kiçiltmə və böyütmə düyməsindən istifadə edib uyğun ölçüləri tənzimləyin.
    4. Bayrağın nə qədər müddət qalacağını seçin. Alt bölm’də "zaman” bölümünə klik edərək 1 saat, 1 gün, 1 həftə yada müddətsiz qalacağına qərar verin.
    5. Son olaraq "profil şəkili olaraq istidə edin” deyib istifadəyə başlayın.
    Linki kopyala