main-post-cover

    Facebook, foto çərçivə xüsusiyyəti təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Facebook yeni xüsusiyyətini istifadəçilərə təqdim etdi. Artıq istifadəçilər və səhifələr çərçivəli profil şəkilləri hazırlaya biləcəklər.

    Əvvəllər də müəyyən sayda insanın istifadə etdiyi Facebook profil şəkil çərçivələri artıq daha inkişaf etdirilmiş şəkildə istifadəçilərə təqdim olunub. Xüsusilə müəyyən tədbir və ya dəstək məqsədilə yaradılan foto çərçivələri qısa zaman ərzində bir çox insan tərəfindən bəyənildi.
    Artıq bəzi ölkələrdə bu yenilikdən istər səhifə adminləri, istərsə də adi istifadəçilər asanlıqla istifadə edə bilirlər. Bu çərçivələri istifadə etmək üçün xüsusi bir texniki bacarıq tələb olunmur.
    Çərçivənizdə istifadə edəcəyiniz fotonu tətbiqdə PNG formatında qeyd edərək, yükləyir və son düzəlişləri çərçivə yaradan üzərində edəcəksiniz. Yüklədiyiniz çərçivə daha sonra Facebook komandasının təstiqinsən keçəcək. Bunu etməkdə məqsəd təhlükəsizlik məsələsini diqqətdə saxlamaqdır.
     
    Təbii ki, bu yeni xüsusiyyət də Snapchat-la oxşarlıq təşkil edir. Müəyyən müddət əvvəl testlərə start verən və artıq bir müddətdir bir çox ərazidə istifadəyə verilən foto tətbiqi Snapchat-la tam oxşarlıq təşkil edəcək effektlərdən xəbər verir.
    Bu yenilik əsasən foto çərçivələrə üstünlük verilən Kolumbiya, Meksika, Tayvan, İngiltərəİrlandiya kimi ərazilərdə istifadəyə verilib.
    Daxili Foto tətbiqi isə KanadaBrazilyada istifadəyə verilib. Əgər istənilən effekt əldə olunarsa, gələcəkdə yeniliyin bütün dünyada təqdim olunması nəzərdə tutulur.
    Daha ətraflı məlumatı burdan ala bilərsiniz.
    Linki kopyala