main-post-cover

    Facebook hesabında Trumpı öldürəcəyi haqda rəy paylaşdı işdən qovuldu

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Amerika hər zaman qeyri-adi hadisələrin yaşandığı, bəzilərinin arzular, bəzilərinin isə macəralar ölkəsi adlandırdığı yerdir. Bu dəfə ki, hadisə də bunlardan biridir. Belə ki, sosial şəbəkədə Amerikanın yeni prezidenti Trumpı öldürməklə təhdid edən CEO işindən oldu.

    Bir çox texnologiya şirkətlərini aydın şəkildə öz tərəfini bəlli etməsə də əksəriyyəti prezident seçimlərində Hillary Clintonu dəstəkləyirdi. Əslində buna təəccüblənmək yersizdir, çünki yeni prezidentin texnoloji vasitələrlə arası o qədər də yaxşı deyil. Hətta Trumpın virtual oyunlar, "Apple" məhsulları barədə fikirləri də bir o qədər ürəkaçan deyil. Amma buna baxmayaraq hələ ki, heç bir texnoloji şirkət bu haqda fikir bildirməyib. Lakin San Dieqoda yerləşən kiber təhlükəsizlik firması PacketSled-ın CEO-su belə demək mümkünsə "cəsarətli addım” atıb və öz mövqeyini ortaya qoyub.
     
    Matt Harrigan adlı bu şəxs Facebook hesabında bir snayper silahı ilə Trumpı öldürəcəyi haqda rəy paylaşıb. Hələ bu da bəs deyilmiş kimi onu təhqir edib. Bundan sonra olunan etirazlar onun işdən çıxarılmasına səbəb olub. Sonradan saytda üzr mesajı yayımlayan Harrigan sadəcə zarafat etdiyini bildirib. Amma təbii ki, bu bir işə yaramayıb.
    Linki kopyala