main-post-cover

    Facebook, iki şəxsin ciddi münasibətə başlamasını 100 gün öncədən bilir (STATİSTİKA)

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook statistikasına əsasən iki istifadəçinin ciddi münasibətə başlamasını, həmin münasibətin başlamasından öncə bilmək olur.

    2014-cü ildə Facebook-un data mütəxəssisləri bu mövzu ilə əlaqədar öz müşahidələrini aparıblar. "Facebook” mütəxəssisi Carlos Diuk-un sözlərinə əsasən iki insan arasında ciddi münasibət başlayan zaman onlar bir-birilərinə fikir verməyə başlayırlar. Nəticədə hər iki şəxs, sosial şəbəkədə daha çox paylaşım edir. Onlar rəsmi şəkildə ciddi münasibətə başlayandan sonra isə bu paylaşımların sayı azalır. Bu onunla əsaslanır ki, çox güman həmin iki şəxs real həyatda bir yerdə daha çox zaman keçirtmək arzusunda olurlar. Diuk bu barədə daha dəqiq Facebook statistikasını təqdim edib. "Ciddi münasibətlərin başlamasından öncəki ilk 100 gün ərzində yavaş olsa da iki şəxsin bir-biri ilə müxtəlif paylaşımları bölüşmək tempi getdikcə artır. İlk ciddi münasibət başlayanda, sosial şəbəkədəki paylaşımların sayı azalır. Belə ki, münasibətin başlamasına 12 gün qalmış gün ərzində edilən paylaşımların sayı 1.67-ə düşür. Ciddi münasibətin başlamasından 85 gün sonra isə bu göstərici 1.53 civarında olur. Çox güman ki, həmin vaxtda ciddi münasibət yaşayan iki şəxs daha çox bir yerdə zaman keçirtməyi üstün tutur. Beləliklə real həyatda olan münasibət, sosial şəbəkədə olan münasibəti sıxışdırıb çıxardır” – deyə Carlos Duik bildirib. Bütün bu məlumatlar aşağıda təqdim olunmuş qrafikdə göstərilib.

    Facebook statistikasından ciddi münasibətlər haqqında digər məlumatları da öyrənmək olar. Məsələn həmin ciddi münasibətlərin neçə müddət davam etdiyi və ya onların yaş və iki şəxsin dini inancları ilə necə əlaqəli olduqları haqqında məlumatları öyrənmək mümkündür. Bu müşahidə maraqlıdır. Belə ki, bizim hər birimiz sosial şəbəkədə yaranmış ciddi münasibətin şahidi olmuşuq. Diuk-un sözlərinə əsasən ciddi münasibətlər zamanı sosial şəbəkədə olan paylaşımların azalmasına baxmayaraq onlardan hər biri daha xoş əhval-ruhiyyəli olur. Aşağıda təqdim olunmuş qrafikdə isə bu müddət ərzində baş verən bütün dəyişiklikləri görmək olar.

    Təbii ki, paylaşımların emosional göstəricilərinin müşahidəsini dəqiq elmi araşdırma adlandırmaq olmaz. Hər-halda robotlar, paylaşımda olan sarkazmı hiss edə bilməzlər. Bununla belə təqdim olunmuş statistika böyük marağa səbəb olur. Analitiklərdən ibarət komanda, əldə olunmuş nəticələrin yaxşılaşdırılması üçün müəyyən üsullardan istifadə edib. Məsələn, statistikaya fake münasibətlərin düşməməsi üçün mütəxəssislər, 2010-cu ilin Aprel ayından 2013-cü ilin Oktyabr ayına kimi öz münasibətlərinin ildönümlərini xəbər vermiş şəxsləri incələyiblər. Yəni statistikaya sosial şəbəkənin münasibətlər bölməsində yalnız dəyişiklik etmiş şəxslər nəzərə alınmayıb. Paylaşımların emosional vəziyyətlərinin incələnməsi üçün isə yalnız İngilis dilində olan paylaşımlar nəzərə alınıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər