main-post-cover

    “Facebook” indi də “Google”dan oğurladı, xəbər lentinə yerləşdirdi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Google-un Doodle-ları, bu nəhəng axtarış şəbəkəsinin bayramları və ya xüsusi günləri qeyd etmək üçün sadə lakin effektiv yoludur.

    İndi isə Facebook, öz eyni adlı platformasında Xəbər Lentinə bayramlar və tədbirlər haqqında mesajlar/kartlar yerləşdirəcəyini bildirib .
    Mesajlar sizin xəbər lentinizin ən üst hissəsində görünəcək və Google Doodle-lar kimi müəyyən bayram və ya tədbir kimi xüsusi günləri əhatə edəcək. Məsələn artıq bir çoxunuzun rast gəldiyi bir nümunə ilə yeniliyi izah edək: Yeni İl Kartları. Facebook, yeni il yaxınlaşarkən xüsusi bayram kartlarını istifadəyə verdi. Beləki, xəbər lentinizin ən üstündə yer alan Bayram Kartlarınızdan istədiyiniz birini seçib, dostlarınız və ailəniz ilə paylaşa bilərsiniz. 
     
    Facebook-un bildirdiyinə görə artıq insanlar 18 müxtəlif bayrama aid kartları öz xəbər lentlərində görə biləcəklər. Facebook, bir çox insanın səhər yuxudan oyandıqdan sonra daxil olduqları ilk tətbiq və saytlardan biridir. Bu kiçik lakin şirin toxunuş ilə Facebook, insanlara daha da yaxınlaşmağa, bayramları onlar ilə birlikdə qeyd etməyə başlayır.
    Qeyd:Facebook "Doodle”larını istədiyiniz zaman yuxarı küncdən bağlamaq mümkündür.

    Linki kopyala