"Facebook", insanların fikirlərini oxumağa imkan verəcək texnologiya üzərində çalışır

190

Keçən il "Facebook” tərəfindən yaradılmış Building 8 adlı şöbə çox maraqlı bir texnologiya üzərində çalışır.

Belə ki, həmin texnologiya, insanların fikirlərini oxumağa imkan verəcək. Bir neçə müddət bundan öncə sosial şəbəkədə paylaşılmış vakansiya elanı, diqqəti cəlb etmişdi. Əsasən Building 8-ə beyin və kompüter arasındakı interfeys mühəndisi və beyin vizualizasiyası mühəndisi lazımdır. Birinci vakansiyaya müraciət edəcək şəxs həmdə neyrobiologiya sahəsi üzrə namizəd dərəcəsinə sahib olmalıdır. Vakansiyalardakı təsvirlərdə qeyd olunub ki, sözügedən şöbənin məqsədi, dünyanı birləşdirmək missiyası çərçivəsində yeni texnoloji məhsulların hazırlanmasıdır. Şirkət sözügedən vakansiyalar barədə heç bir fikir bildirməyib. Lakin 2015-ci ildə Mark Zuckerberg, müsahibələrin birində bildirmişdi ki, gələcəkdə insanlar öz fikirlərini digərlərinə texnologiyalar vasitəsilə ötürə biləcəklər. 2016-cı ilin Avqust ayında isə "Facebook”, Area 404 adlı yeni istehsalat laboratoriyasını fəaliyyətə vermişdi.