main-post-cover

    Facebook, intihar etmək istəyən insanları təyin edəcək!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook, insanların ruh halını ölçə biləcək və intihara meyilli olub olmadıqlarını anlayacaq.

    Gənc insanların ölüm səbəblərində "intihar" tez-tez meydana gələn bir vəziyyətdir. Facebook bu mövzuda insanlara köməkçi olmaq istəyir və buna istiqamətli işlər həyata keçirir. Bu mövzu haqqında yeni vasitələr təqdim edən Facebook, hər 40 saniyədə bir olan gənc fərdlərin intiharlarını azaltmaq istəyir.
    Bu mövzuda iş, istifadəçinin dostlarına düşür. İntihara meyilli olduğunu düşündüyünüz yoldaşlarınızın paylaşımlarını Facebook-a şikayət edə biləcəksiniz. Şirkət hal-hazırda bu xüsusiyyəti test etmə mərhələsindədir. Yeni bir süni zəka texnologiyasını dəstəkləyən Facebook, edilən şərhlərin intihara meyilli olub olmadığını anlamağa çalışacaq.
    Bəzi seqmentlər Facebookun canlı yayım tətbiqini başa çatdırmasını lazım olduğunu düşünsə də Facebook bunu yardımın təsirini artıran bir xüsusiyyət olaraq görür. Hələlik test mərhələsində olan bu xüsusiyyət hələ yalnız ABŞ-da yaşayan istifadəçilər üçün istifadə edilə bilir. Çünki Facebook ABŞ-da mövqeyləndirilmş bəzi dəstək qrupları ilə bu mövzuda əməkdaşlıq edir.
    Əlavə olaraq bu xüsusiyyət üçün qısa bir təqdimat videosu hazırlanıb. Bunu da aşağıdakı video-da izləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər