main-post-cover

    Facebook işçiləri nə qədər maaş alır?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    İşləmək üçün Facebookdan daha cəlbedici bir texnologiya şirkəti düşünmək çox çətindir. 1,59 milyard aktiv istifadəçi sayı ilə sosial şəbəkə, inanılmaza və təbii liderliyə imza atıb.

    Şirkət CEO-su Mark Zuckerberg Amerikada ən sevilən rəhbərlərdən biridir: eyni zamanda şirkət COO-su Sheryl Sandberg də ən məşhur rəhbərlərdəndir.
    Technote.az-ın Glassdoor-da paylaşılan statistikalara istinadən verdiyi rəqəmlərə əsasən, "Facebook" əgər mühəndissinizsə investor-bankir səviyyəsində pul qazana biləcəyiniz bir yerdir. 

    Facebookdakı 15 fərqli vəzifə üçün ümumi rəqəmlər – illik maaş və bonus – artan sıralama ilə belədir:

    Məhsul Analitiki: $118,864
    İstehsal Mühəndisi: $132,534
    İstifadəçi Paneli Mühəndisi: $146,708
    Məlumat Bazası Mühəndisi: $146,949
    Şəbəkə Mühəndisi: $160,172
    Proqram Təminatı Mühəndisi III: $171,076
    Tədqiqatçı Alim: $172,705
    Texniki Proqram Müdiri: $175,589
    Proqram Təminatı Mühəndisi: $183,397
    Məlumat Bazası Mütəxəssisi: $185,743
    Məhsul Mühəndisi: $194,907
    Proqram Təminatı Mühəndisi IV: $209,988
    Yüksək Vəzifəli Proqram Təminatı Mühəndisi: $211,647
    Proqram Təminatı Mühəndisi V: $259,349
    Mühəndislər Üzrə Rəhbər: $380,861
    Əgər siz də bu işlərdən birini istəyirsinizsə, məlumatlar elə göstərir ki, Stanford Universiteti, Kaliforniya Universiteti, Berkeley ya da Austin, Texas Universitetlərindən birinə getməlisiniz.
    Linki kopyala