main-post-cover

    "Facebook", İsrailə boyun əydi!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    İsrail hər nə qədər daha əvvəl "Facebook"u "bədheybət" olaraq adlandırsa da, bu dəfə qərarını qəbul etdirmiş kimi görünür. Hətta bu qərar "Google" ilə "YouTube" da riayət edəcək. 

    Aylar əvvəl İsrail höküməti sosial media nəhəngi "Facebook"u "Bədheybət" adlandıraraq təhqir etmişdi və öz vətəndaşlarına qarşı yönəldilən şiddət tərkibli yazıların silinmədiyini, edilən şikayətlərin görməzdən gəlindiyini iddia etmişdi. İndi isə vəziyyət fərqlidir və sosial media saytı silinmə tələblərinin 95%-nə müsbət cavab verdi.
    İsrail Ədliyyə Naziri Ayelet Şaked, Bazar ertəsi günü etdiyi açıqlamada "Facebook"da May və Avqust ayları arasında 158 silinmə tələbinin toplandığını, "Facebook"un bunların çoxunu yerinə gətirəcəyini bildirdi. Üstəgəl "Google" və "YouTube" da könüllü olaraq İsrailin tələblərini təsdiqləyəcək.
    Buna bənzər bir hadisə daha əvvəl də "Facebook"da yaşanmışdı və Norveç Baş Naziri Erna Solberg, Pulitzer mükafatlı, tanınmış Vyetnam şəklinin saytdan "çılpaqlıq" səbəbi ilə silinməsinə reaksiya göstərmişdi. İndi isə sosial media nəhəngi İsraillə ortaq işləməyə və uyğun olmayan məzmunların silinməsinə qərar verdi.
     
    "Technote.az" İsrail qəzeti "Haaret"ə istinadən xəbər verir ki, bundan bundan sonra Fələstin dirəniş hərəkatı üçün istifadə edilən "intifada" sözü ilə birlikdə "Nazilər", "Yəhudilərə ölüm" və "Ərəblərə ölüm" kimi seçilmiş bəzi sözlər də "Facebook"da paylaşıldığı təqdirdə silinəcəkdir. 
    Hər nə qədər "Facebook" rəsmi olaraq İsrailin xüsusi istəyini qəbul etdiyini açıqlamasa da, İsrail hökümətinin vacib şəxsiyyətlərindən gələn məlumat bu reallığı əks etdirir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər