main-post-cover

    Facebook istifadəçiləri, istədikləri kateqoriyadan reklamları söndürə biləcəklər

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Facebook, istifadəçilərə ən yaxşı reklam təcrübəsini təqdim etmək üçün vacib bir addım atır.

    Facebookun reklam mövzularına nə qədər üstünlük verdiyini hər birimiz bilirik. Sistemini daima bu mövzu üzərinə hazırlayan Facebook, istifadəçilərinə narahat olduqları reklamları söndürməklərinə yarayan yeni bir xüsusiyyət də təklif etməyə hazırlaşır.

    Hal-hazırda Facebook istifadəçiləri öz reklam seçimlərini dəyişdirərək hansı sektordan, hansı mövzularda reklam almaq istədiyini seçə bilirlər. Lakin bu vəziyyət, istifadəçiləri narahat edən məzmunlarda reklamlardan çox da uzaq tuta bilmir. Facebookun yeni məqsədi, bu vəziyyəti ortadan qaldırmaqdır. Son olaraq Avqust ayında reklamlar barədə bir yenilik edən Facebook, bundan sonra istifadəçilərin reklamlara olan reaksiyalarını araşdırdığında, insanların bu reklamlar can sıxıcı gördüklərini anlayıb. Hətta bu reklamlar bəzən can sıxıcı olmaqdan çıxaraq, "Yaralayıcı" da ola bilirlər. Facebook bu problemin həllini, insanların istədiyi reklam kateqoriyasını söndürə bilmələrində görüb.
    Bu mövzuda bir nümunə təqdim edən Facebook rəhbərliyindən Mark Rabkin, "misal üçün uşaqlarını yeni itirmiş bir ailənin Facebookda valideyn mövzulu, ya da uşaq məhsullarını paylaşan reklam görməsi olduqca yaralayıcı ola bilər. Yeni sistem ilə bunun qarşısını almaq istəyirik.” açıqlamasını edib.
    Facebook, reklam kateqoriyalarının söndürülməsi xüsusiyyətini hazlrda alkoqollu içki brendləri və satış mövzularında olan reklamlar üçün aktiv edib. Lakin qısa müddət sonra digər reklam kateqoriyaları da işin içinə daxil olacaq.
    Linki kopyala