Facebook, istifadəçilərin pul qazana biləcəkləri, video reklamlarını sınaqdan keçirdir!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Sosial media nəhəngi Facebook, Youtube ilə oxşar bir formada olması gözlənilən video reklamlarını sınaqdan keçirməyə başladı.
Günümüzdə sosial media anlayışı ilə bütövləşmiş bir platforma olan Facebookun, videolarında reklam dövrünü başladacağı uzun müddətdir danışılırdı.
Bu mövzuda işlərini böyük ölçüdə tamamlayan sosial media nəhənginin, YouTube ilə oxşar formada olması gözlənilən video ortası reklamları üçün test versiyasını başlatdığı ortaya çıxdı.
Facebook, videolar ilə pul qazanmaq şansı verəcək!
İstifadəçilərin gündəlik olaraq təxminən 100 milyon saatlıq video izlədiyi Facebook, videolarda reklam dövrünü başladaraq eynilə YouTube kimi, reklam gəlirlərini videobloggerlər ilə paylaşaraq pul qazanmaq şansı verəcək.
Videoların ortasında 20 saniyə ərzində göstəriləcək olan reklamlar, 90 saniyədən qısa olan videolarda görünməyəcək.
Ancaq, Facebook-un insanları 20 saniyə ərzində reklam izləməyə məcbur etməsi, istifadəçilərin videonu tamamilə izləmədən bağlamasına səbəb ola bilər.
Facebook-un video reklamlarını hələ sınaqdan keçirdir olması səbəbi ilə, göstərmək formalarında və müddətlərində fərqliliklər ola biləcəyini unutmamaq lazımdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)