main-post-cover

    Facebook Live – canlı videolardan pul qazanmaq mümkün oldu

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "Facebook”, canlı yayım platforması Live üçün, çox vacib bir yeniliyi elan etdi. Bu yeniliklə bərabər "Facebook”, Live platformasının çox sıx istifadəsinə hazırlaşır. 

    "Facebook”un canlı video yayım platforması Live üçün, nümayiş etdirilən canlı yayımlardan pul qazanmağın əsası qoyuldu. "Facebook”, daha əvvəl elan etdiyi kimi Live videolarında ianə (donation) funksiyasını aktiv edən bir düyməni təqdim etdi.

    Yaxşılıq etmək üçün Like etmək yerinə pul ödəmək zamanıdır

    Ancaq bu düymə hər videoda görülməyəcək. Sadəcə gəlir məqsədi güdməyən yardım qurumları Facebook Live videolarında ianə toplaya biləcək. "Facebook” bu məqsədlə, 750.000 ədəd gəlir məqsədi güdməyən yardım qurumu və onların Facebook hesablarını bəlirlədi. Bunların xaricindəki qurumlar hələki ianə toplaya bilməyəcək.
    Yardım qurumları xaricində şəxs və qurumların Live videolarından pul qazana bilmək üçün biraz gözləmələri lazımdır. "Facebook” bu xüsusiyyəti bir müddət sonra hərkəs üçün yayına açacaq. Ancaq xüsusi şəxs və qurumların topladığı puldan ödədiyi komissiya haqqı vergilər daha çox olacaq.
    Beləcə, Live platforması YouTube və ya Twitch kimi videobloggerlərin video paylaşıb pul qazana bildiyi bir platforma olacaq və beləliklə böyük maraq toplayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər